Tacir Şahmalıoğlunun ölüm xəbəri yayıldı
07 Oktyabr 2026, 00:32
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
941
20.01.2023, 00:20
Hər gün 20 badam yesəniz nə olar?
Badam da daxil olmaqla, müntəzəm olaraq ləpə yaxud quru meyvələr yemək insan sağlamlığına və xarici görünüşünə faydalıdır.
1. Kətan toxumu. Beynəlxalq Süd Məhsulları Araşdırma İnstitutunun əməkdaşları kətan toxumlarının insan sağlamlığına faydalarını elmi cəhətdən sübut ediblər. Kimyəvi tərkibi zəngin olan kətan toxumu eyni anda bir çox orqan və nahiyəmizdə sağlamlaşdırıcı proseslərə start verə bilir. Sirr kətan toxumundakı fitoestrogen adlı təbii hormondadır. Xüsusilə, döş xərçəngi və prostat xərçəngi başda olmaqla, bir çox bədxassəli şişlərə qarşı mübarizə aparır. Toxumların tərkibindəki lif mədəni örtür və iltihablanmanın qarşısını alır. 1 xörək qaşığı üyüdülmüş kətan toxumu 2 qr-dək Omega-3 yağ turşusuna malikdir. Bu da ürək-damar sisteminin qorunması üçün lazımdır.
2. Küncüt toxumu. Avstraliyadakı Griffith Universitetində aparılan araşdırmalara görə, küncüt toxumlarının kimyəvi tərkibi təzyiqi aşağı salır, infarktın, böyrək çatışmazlığının qarşısını alır. Xolesterol səviyyəsini nizamlayan küncüt toxumunda elə antioksidantlar var ki, başqa heç bir qidada rast gəlinmir. Küncüt toxumu dəri, saç və dırnaqlar üçün faydalı olan yağla zəngindir. Əgər küncüt toxumu yesəniz, özünüzü yaxşı hiss edəcək və gözəl görünüşə sahib olacaqsınız.
3. Balqabaq tumu. Damarları genişlədən balqabaq tumu, beləcə, qan dövranını sürətləndirir və hipertansiyonun qarşısını alır. Tum bütün bunlara tərkibindəki bol arginin (L-arginin) sayəsində nail olur. Kalorili balqabaq tumlarının malik olduğu proteinlər qanda şəkərin səviyyəsini normaya salır. Bundan əlavə, dərinin elastikliyini qorumaq üçün lazım olan A və E vitaminləri ilə də zəngindir. Bu, balqabaq tumunun kosmetika sənayesinin “gizli silahlarından biri” olmağını izah edir.
4. Qoz ləpəsi. Avstraliyadakı La Trobe Universitetindən olan araşdırmaçılar qoz ləpəsindəki mineralların ürək-damar xəstəliklərinin, həmçinin, koroner ürək xəstəliklərinin əmələgəlmə riskini azaltdığını açıqlayıblar. Yaşla əlaqədar meydana çıxan sağlamlıq problemlərinin simptomlarının azalması, kişilərdə prostat xərçəni riskini minimum endirmək də qoz ləpəsinin hünərləri sırasındadır. Bu hünəri ləpəyə malik olduğu tokoferol adlı kimyəvi maddə qazandırır. Scranton Universitetində kimya professoru olan Joe Vinson deyir ki, gün ərzində 7 qoz ləpəsi yemək sağlamlığa olduqca faydalıdır. Çalışın, qoz ləpəsi yeməyi təxirə salmayın.
5. Günəbaxan tumu. Əzələ və sümük toxumaları üçün vacib olan kükürdlə zəngindir. Son illərdə botaniklərin dediyinə görə, günəbaxan tumları antioksidant, iltihab əleyhinə, antimikrob xüsusiyyətləri sayəsində, bronxlardakı və ağciyərlərdəki iltihablanmanın qarşısını alır. Hər gün 30 qr günəbaxan tumu çırtlamaq sağlam adətdir.
6. Püstə, yaxud Antep fıstığı. Başqa çərəzlərlə müqayisə edildikdə, püstə daha az yağ və kaloriyə malikdir. Bununla belə, həmcinslərinə nəzərən, püstə doymamış yağ turşuları, kalium və karotenoidlə daha zəngindir. Bu kimyəvi maddələr orqanizmdə antioksidant kimi və iltihab əleyhinə fəaliyyət göstərir. Nutrition Science Solutions`dakı mütəxəssislər əmindir ki, püstə yemək uzunmüddətli toxluq hissi yaradır, beləcə, insan artıq çəkidən xilas olma yolunda sağlam irəliləyir. Elmi araşdırmalar onu da aşkarlayıb ki, faydalarından maksimum dərəcədə yararlanmaq üçün gün ərzində 1-2 ovuc püstə yemək yetərlidir.
02:27 / 07 Oktyabr 2026
12
02:18 / 07 Oktyabr 2026
87
01:44 / 07 Oktyabr 2026
58
00:44 / 07 Oktyabr 2026
64
00:32 / 07 Oktyabr 2026
226
00:10 / 07 Oktyabr 2026
87
23:58 / 06 Oktyabr 2026
61
23:41 / 06 Oktyabr 2026
100
23:27 / 06 Oktyabr 2026
154
23:10 / 06 Oktyabr 2026
87
22:57 / 06 Oktyabr 2026
96
22:50 / 06 Oktyabr 2026
93
22:38 / 06 Oktyabr 2026
107
22:35 / 06 Oktyabr 2026
121
22:30 / 06 Oktyabr 2026
235
22:28 / 06 Oktyabr 2026
88
22:25 / 06 Oktyabr 2026
100
22:22 / 06 Oktyabr 2026
3417
22:17 / 06 Oktyabr 2026
1617
22:12 / 06 Oktyabr 2026
69
22:10 / 06 Oktyabr 2026
414
22:10 / 06 Oktyabr 2026
72
21:42 / 06 Oktyabr 2026
76
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.