Qaynar xətt:

(+99450) 247 90 86

Xırdalanda gecə nə baş verib?Sakinlər gecə küçələrə axışdı +VİDEO

ŞOU-BİZNES

2846

23.11.2018, 09:50

  Xırdalan şəhərində yerləşən AAAF Park Yaşayış Kompleksində yaşayan sakinlər kütləvi şəkildə etiraz ediblər. Oxu24.com-a daxil olan məlumata görə, sakinlər yolu bağlayıb. Sakinlərin  etirazına  səbəb yaşayış kompleksində elektrik enerjisinin, suyun və qazın verilişinin  dayandırılması  olub. Hadisə  ilə  bağlı  AAAF  Park  Yaşayış  Kompleksi  də  məlumat  yayıb. Məlumatda  "AAAF  Park  Yaşayış  Kompleksində elektrik enerjisinin verilməsində yaranan  fasilələrin  səbəbi əslində  Xırdalan şəhərinin ümumilikdə  içində olduğu  enerji  böhranıdır." deyə qeyd  olunub.Konkret AAAF Park Yaşayış Kompleksindəki kommunal problemlər, daha dəqiq desək, qovşaqlarda və paylayıcılarda yaşanan qəzalar elektrik enerjisinin ümumi olaraq kompleksə normadan zəif gərginliklə daxil olması, tələbat və istehlakın isə mövsümlə əlaqədar olaraq normadan artıq olması səbəbindən baş verir. Bu da nəticədə yaşayış massivinin müəyyən hissələrində elektrik enerjisi təminatında fasilələrə gətirib çıxarır. Aynur Kazımlı Oxu24.com