Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Rusiyanın Ukraynada yeni itkiləri açıqlandı - DƏHŞƏTLİ RƏQƏM

SON DƏQİQƏ! Rusiyanın Ukraynada yeni itkiləri açıqlandı - DƏHŞƏTLİ RƏQƏM

ŞOU-BİZNES

5943

13.03.2022, 17:04

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Martın 13-ə olan məlumata görə, Rusiyanın Ukrayna ilə müharibədəki döyüş itkiləri təxminən 12 min nəfərdən çoxdur.

Oxu24.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı feysbuk səhifəsində məlumat yayıb.

Məlumata görə, fevralın 24-dən davam edən hərbi əməliyyatlar zamanı 374 tank, 1 226 zirehli döyüş maşını və 140 artilleriya sistemi sıradan çıxarılıb. Qeyd edilir ki, 62 ədəd reaktiv yaylım atəşi sistemi, 34 hava hücumundan müdafiə sistemi, 74 təyyarə, 86 helikopter, 600 texnika, 3 gəmi, 60 yanacaq-sürtkü materialı olan tank, həmçinin 7 əməliyyat-taktiki pilotsuz uçan aparatı da zərərsizləşdirilib. "Məlumatlar dəqiqləşdirilir.Hesablama hərbi əməliyyatların yüksək intensivliyi ilə çətinləşib", - Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı vurğulayıb.

SON DƏQİQƏ! Ukrayna və Rusiya razılığa gəldi