Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
60003
az

Azərbaycanda 28 yaşlı oğlanı kim qul kimi satdı? - ŞOK HADİSƏ

19:3724 Oktyabr, 2021
721
OXU24 TV
  • A

APA TV-yə daxil olan məlumat əsasında yola çıxırıq. Yolumuz Füzuli istiqamətindədir. İddialar isə tük ürpədicidir. Söhbət 28 yaşlı gəncin taleyindən gedir. Röyal Vidadi oğlu Cəfərov deyir ki, ailəsi kimi bildiyi insanlar tərəfindən əməyi istismar olunub. İşlədiyi yerdə isə min-bir əziyyət görüb:  “Deyirdi ki, uşağı apar işlət, pulu da gətir. Ayın axırı olanda maaşı gətir. - Nə qədər pul verirdi? - 150 manat. Yemək-içməyin, yatacağın, oralar necə idi? - ora pis gündədir. Özünüz də gedin görün, necə yerdir, orda necə qalıram. ”

Röyal Cəfərov Ağcabədi rayonunda doğulub. Ailədə üç qardaş, iki  bacı olublar. Bir qardaşı Səfa, yol qəzasında vəfat edib. Bacısı Lamiyə Cəfərova Zərdab rayonuna gəlin köçüb. Digər qardaşı Xəyal Cəfərov İsmayıllı rayonunda yerləşən kafelərdən birində çalışır. Digər bacısı Şəlalə isə əqli qüsurludur. Röyal və bacısı Şəlalə analarının vəfatından, atalarının onları tərk etməsindən sonra Ağcabədi rayon Cəfərbəyli kəndində, dayısının himayəsində yaşamağa başlayıblar. Röyal deyir ki, himayəsində olduğu dayısı Ramiz onu düz 10 il Nəsib adlı şəxsin fermasında kölə kimi işləməyə məcbur edib:  “Nəsibin fermasında on il işləmişəm. - Nəsib kimdir? Hansı kənddə yaşayır? – Cəfərbəyli. Sənə fermada nə işlər gördürürdü? Qoyun otarırdım. On hektar yer sulayırdım. Onun bağında ağacdan qoz çırpırdım. Pul istəmisən onlardan? Nəsibdən pul istəmisən? ki, on il işləmişəm pulumu ver.  Vermirdi, deyir pul dayına çatacaq.” 

Əynində nimdaş paltar, havanın soyuq və çiskinli olmasına baxmayaraq ayağı yalın olan müsahibimizi görəndə dediklərinə inanmamaq olmur. O, fermanı tərk etdikdən sonra Füzuli rayonunda yerləşən mal-qara fermasına sığınıb. Dayısı isə polisə müraciət edərək onun oğurlanması barədə məlumat verib. Röyal deyir ki, fermanı öz istəyi ilə tərk edib: “Özüm getmişəm. Məni bezdirirdi. Mən də çıxdım getdim. - Nə deyib bezdirirdi? Dalaşırdı, məni söyürdü, incidirdi. Deyirdi ki, qoyunumu, heyvanımı vurmusan, itirmisən.” 

Müsahibədə tez-tez adı çəkilən ferma müdiri Nəsibi isə Ağcabədi rayon Cəfərbəyli kənd ərazi nümayəndəsi Nəsib Vəliş oğlu Nəsibovdur. Məsələ ilə bağlı adı çəkilən şəxslə əlaqə saxladıq. Zəngimizə cavab verən Nəsib Nəsibov Röyal Cəfərovun danışdıqlarının xeyli hissəsini təsdiqləyir: “Röyal bizim çəkilişlərimizdə iddia edir ki, siz onun əməkhaqqısını dayısına vermisiz. - Dayısına yox, bibisinə.  Bibisinə vermisiniz. Çünki bibisi onların qəyyumudur. - Əməkhaqqı niyə bibiyə getməlidir? –Çünki qəyyumu bibidir. - Axı adam yetkinlik yaşına çatıb. - Axı onun xəstə bacısı da var. Bibinin himayəsində bundan başqa onun xəstə, özünü idarə edə bilməyən bacısı var.” 

Röyal deyir ki, dayısı bütün sənədlərini əlindən alıb. İfadə vermək üçün onu Ağcabədi Rayon Polis Şöbəsinə apardığımız zaman isə bibim dediyi dayısı arvadı ilə qarşılaşdıq. Çəkiliş etməyə icazə vermədiyindən hazırda həmin kadrları sizə təqdim edə bilmirik. 

Röyalın dayısı ilə əlaqə saxlamağa çalışırıq. Telefon zənglərimizə cavab vermədiyindən yaşadığı ünvana üz tuturuq. Bizi burda polis şöbəsində qarşılaşdığımız dayısı arvadı Sənubər Cəfərova qarşılayır. 
Suallarımızı cavablandıran Sənubər Cəfərova da Röyalın və onun müdiri Nəsib Nəsibovun dediklərini demək olar ki, təsdiqləyir. Röyala görə, Nəsibdən aldığı pulu hara sərf etdiyini də deyir:  “Xalaları da bilir, xalası uşaqları da bilir, qonum-qonşu da bilir, bunu hamı bilir. Hamı bilir ki, işləyən budu. Ayda da 150 manat ferma sahibi onun pulun verir. O pul sizə çatır? Hə, mənə... mənə... Gətirir burda verir mənə, çıxır gedir. Bəs o pul hansı istiqamətdə sərf olunur? Hansı istiqamətdə sərf olunur? Xəstə bacısı var evdə onun dərmanına verirəm...”

Xəstə bacısı dedikdə Şəlalə Cəfərova nəzərdə tutulur. Royalın hazırda dayısı evində qalan yeganə bacısıdır. Sənubər Cəfərova bizə Şəlalənin xəstəliyə görə pensiya almadığını bildirdi. Ancaq Sənubər Cəfərova Röyalın fermada 10 il işləməsi ilə bağlı iddialarını də təkzib edir: “Röyalın iddialarına görə, orada təxminən 10 ildir işləyir. On il olmaz, yox. Neçə ildir? Təxminən 6-7 il olar. Aylıq 150 manat alır? Yox, 150 deyildi. Olar ki, bir ildir 150 olub. 100 manat idi. Onu da mən dedim. Dedim bu azdır, bunları görmür.”....

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ev belə partladı - VİDEO
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Paşinyan saqqalını qırxdı - VİDEO

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Son 37 ildə qeydiyyata düşən İİV xəstələrinin    sayı      açıqlandı
Avtobus "Kamaz"la toqquşdu: xəsarət alanlar var -VİDEO