Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
09 Noyabr 2026, 14:04
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
14345
03.05.2021, 23:19
Bir neçə gün öncə Lerik rayonunun Barzavu kənd sakini 1981-ci il təvəllüdlü Zəkifə Fərziyeva yaşadığı evdə ölü halda tapılıb.
Oxu24.com "Xəzərxəbər"ə istinadən xəbər verir ki, mərhumun meyiti boğazı kəsilmiş vəziyyətdə aşkarlanıb.Qatil bıçağı ilə qadının şah damarını kəsib.
Cinayəti həmin kənddə yaşayan və mərhum Zəkifə Fərziyevanın qonşusu, kənddə mollalıq edən Murad Əsgərovun törətdiyi məlum olub.
Molla qonşuluqda yaşayan Zəkifə Fərziyevanın evdə tək olduğunu bilərək gizli şəkildə mənzilə soxulub və qadına qarşı zor tətbiq etmək istəyib.
Yas mərasimində iştirak edən, mərhumu qətlə yetirənə qarşı durmadan lənətlər yağdıran mollanın əməlinin üstü çox çəkməyib ki, açılıb.
Hətta qatil qadını öldürdükdən sonra izi itirmək üçün bir necə versiyaya əl atıb.
Amma qatilin əməlləri bununla da yekunlaşmayıb. İzi öz üzərindən atmaq üçün mərhumun böyük oğlunun evdə olmamasından istifadə edərək bütün izləri onun üstünə yönəltməyə çalışıb. Mərhumun oğlunun paltarını qana bulaşdırıb, hətta bu azmış kimi evi dağıdaraq dava görüntüsü yaradıb.
Murad Əsgərov saxlanılaraq istintaqa cəlb edilib.Dindirilmə zamanı o törətdiyi cinayəti etiraf edib.
Qeyd edək ki, qətlə yetirilən qadın ailəli olub və 3 övladı var. Mərhumun həyat yoldaşı Rusiyada yaşayır və övladlarından yalnız böyük oğlu anası ilə birlikdə qalır.
Faktla bağlı Lerik rayon prokurorluğunda qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb.
12:40 / 12 Noyabr 2026
8
12:25 / 12 Noyabr 2026
57
12:05 / 12 Noyabr 2026
76
11:55 / 12 Noyabr 2026
81
11:50 / 12 Noyabr 2026
86
11:36 / 12 Noyabr 2026
78
11:35 / 12 Noyabr 2026
89
11:34 / 12 Noyabr 2026
122
11:31 / 12 Noyabr 2026
87
11:24 / 12 Noyabr 2026
344
11:21 / 12 Noyabr 2026
84
11:19 / 12 Noyabr 2026
168
11:05 / 12 Noyabr 2026
90
11:00 / 12 Noyabr 2026
95
10:45 / 12 Noyabr 2026
110
10:39 / 12 Noyabr 2026
117
10:36 / 12 Noyabr 2026
101
10:27 / 12 Noyabr 2026
291
10:20 / 12 Noyabr 2026
106
10:18 / 12 Noyabr 2026
96
10:05 / 12 Noyabr 2026
253
09:51 / 12 Noyabr 2026
114
09:48 / 12 Noyabr 2026
112
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.