Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
4364
az

İsmayıllıda şok olay: İnəklərin əmcəkləri kəsildi +VİDEO

11:3109 Avqust, 2018
3412
OXU24 TV
  • A
 İsmayıllı rayonunun Girk kəndində iribuynuzlu heyvanların süd vəzilərinin naməlum şəraitdə kəsilməsilə bağlı vəziyyət nəzarətə götürülüb.

Oxu24.com xəbər verir ki,bu barədə Trend-ə açıqlamasında İsmayıllı rayon Baytarlıq İdarəsinin rəisi Barat Şahalıyev deyib.

Onun sözlərinə görə, artıq həmin əraziyə ciddi nəzarət olunur:

"Girk kəndində iribuynuzlu heyvanların döşlərinin kəsilməsi barədə məlumat daxil olub. Dərhal əraziyə baxış keçirilib və zədələnmiş heyvanlardan qan analizləri götürülərək Respublika Baytarlıq Laboratoriyasına göndərilib. Yaxın günlərdə müayinələrin cavabları məlum olacaq. Hazırda ərazidə vəziyyət sabitdir. 2-3 gündən bir bu cür hadisələr baş verir. Ümumilikdə 17 iribuynuzlu heyvanda bu cür hal aşkar edilib. Ərazidə dezinfeksiya işləri aparılıb".

B.Şahalıyev deyib ki, bu prosesdə nə xəstəlikdən, nə də insan faktorundan söhbət gedə bilməz:

"Bu vəhşi heyvanların iribuynuzlu heyvanlara hücumu ola bilər. Heyvanlar çöl şəraitində otlayarkən, yatarkən döş nahiyələri yırtıcı heyvanlar tərəfindən qoparılıb. Hadisə yerində qan izləri də aşkarlanıb".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qadın namaz qılarkən qapı açıldı, onun başına gələnlərə inanmayacaqsınız-VİDEO
Sosial yardım almaq istəyənlərə şad xəbər: Artıq bu tələb yoxdur +VİDEO
Güllələnən məşhur ekstrasens Rəşad Atakişiyevlə bağlı proqnoz veribmiş — ŞOK VİDEO

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
ABŞ-da əkiz qüllələrin uçması ilə bağlı yeni görüntülər ortaya çıxıb
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Xəzərdə brokonyerlik edənlər saxlanıldı - VİDEO