Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
09 Noyabr 2026, 14:04
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
676
14.11.2020, 10:01
Özü ilə sadəcə olaraq 6 aylıq körpəsinin corabını və fotosunu götürərək cəbhəyə yollandı. Vətən dedi və həyatını gözünü qırpmadan bu uğurda təhlükəyə atdı. Məqsədi şəhid olmaq olsa da, allahdan bütün döyüşlərdən salamat çıxdı. Elə bundan sonra cəbhəyə yola düşməzdən əvvəl bir video lentə aldığı ortaya çıxdı. Bu videoya baxarkən kövrəlməmək mümkün deyil.
Uşaqlıqdan ən böyük arzusunun şəhidlik zirvəsinə çatmaq olduğunu ailəsindən hər kəs bilirdi. Son arzusunu isə Mehman yalnız vəsiyyətinə qeyd edərək getmişdi döyüşə. İstədiyi tək şey şəhidlik zirvəsinə yüksələcəyi halda, ailə qurduqdan 4 il sonra dünyaya gələn qızının corabı ilə dəfn olunmaq idi.
1 aydan çox cəbhədə olan Mehman çətin döyüş əməliyyatlarını sağ-salamat icra edərək, ona verilən tapşırığı uğurla yerinə yetirdi. Qələbə xəbərindən sonra isə bu gün ilk dəfə özü üçün yazdığı vəsiyyətini dostları ilə bölüşdü.
Mehman Seyfullayevin anası deyir ki, oğlu üçün vətən hər kəsdən öndə gəlib. Hərbi xidmətə yollanan zaman "Şəhid Mehman" yazaraq gedib.
Atası Səyyar Seyfullayev deyir ki, Mehmanı döyüşdən heç kim saxlaya bilməzdi. O, 6 il əvvəl dostunun qisasını almağa söz verib. Bu dəfə könüllü yazıldıqda da qisasını almağa gedəcəyini bildirib.
Hazırda hərbi xidmətdə olan Mehman isə yalnız bir borcu qaldığını düşünür.
Mehmanın balaca qızı Fəridə 1 aydan çoxdur ki, atasının yalnız şəklini görüb səsini eşidə bilir. Mehmanın özü isə qızının qoxusunu aldığı corabı və gözlərinin güldüyü o şəkillə həsrət yanğısını söndürür. Tezliklə isə onlar əl-ələ elə atasının döyüşdüyü o torpaqlarda gəzə biləcəklər.
23:41 / 15 Noyabr 2026
1
23:35 / 15 Noyabr 2026
28
23:32 / 15 Noyabr 2026
38
23:07 / 15 Noyabr 2026
204
22:43 / 15 Noyabr 2026
132
22:34 / 15 Noyabr 2026
94
22:24 / 15 Noyabr 2026
77
22:05 / 15 Noyabr 2026
921
21:57 / 15 Noyabr 2026
398
21:37 / 15 Noyabr 2026
1169
21:07 / 15 Noyabr 2026
1123
20:58 / 15 Noyabr 2026
526
20:55 / 15 Noyabr 2026
145
20:44 / 15 Noyabr 2026
350
20:39 / 15 Noyabr 2026
129
20:30 / 15 Noyabr 2026
158
20:09 / 15 Noyabr 2026
426
19:51 / 15 Noyabr 2026
452
19:37 / 15 Noyabr 2026
151
19:17 / 15 Noyabr 2026
155
19:09 / 15 Noyabr 2026
139
18:40 / 15 Noyabr 2026
160
18:05 / 15 Noyabr 2026
171
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.