Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
41338
az

Ermənistan PULLA QARABAĞA Gətirdiyi ƏN TƏHLÜKƏLİ TERRORÇULAR

20:0411 Noyabr, 2020
569
OXU24 TV
  • A

İnsan qanıyla qidalanan, zorakılığın təhrikçiləri, terror təşkilatlarının üzvləri bu gün Azərbaycanın işğal olunmuş ərazilərində, ordumuza qarşı vurur. Dəhşətli görünsə də, bu həqiqətdir!


Ermənistanın Qarabağa gətirdiyi muzdlular… Bu sözü biz hələ 1990-94-cü illərdə, birinci Qarabağ savaşı zamanı eşitmişdik. O zaman da Ermənistan Azərbaycana qarşı törətdiyi soyqırım əməllərində Suriyadan, Livandan, digər ölkələrdən gətirdiyi muzdlulardan istifadə edib. Həmin canilərin bir çoxunun kimlikləri isbat olunub, bəziləri döyüşlərdə məhv olub, ələ keçib və s.
Düşmən ölkə ikinci Qarabağ savaşında da eyni cinayətlərə əl atır. Ermənilər muzdlulardan istifadə etdiyini gizlədə bilmir, bu mümkün deyil. Çünki həm onların meyitləri döyüş meydanında qalır, bununla ifşa olunurlar.
Və digər bir maraqlı məsələ də odur ki, Ermənistan və orada döyüşməyə gələn muzdlular ermənilərlə birgə döyüş meydanından şəkillər, videolar paylaşırlar. Bir qismi isə iddia edir ki, başqa ölkə vətəndaşı olsa da, erməni əsillidir, xaricdən gəlib Ermənistan üçün könüllü döyüşür. Ancaq bütün bunlar bəhanədir, erməni nə vətən sevəndir, nə vətən üçün döyüşən. Yeganə məsələ odur ki, həm erməni əsilli muzdlular, həm də digər millətdən olan muzdlular Ermənistanda yalnız pul müqabilində döyüşürlər. Onlar konkret muzdludur. Rəşadətli Azərbaycan Ordusunun döyüş meydanında onların böyük bir qismini sağ qoymayacağı şübhəsizdir. Sağ qalanlar isə gec və ya tez, müvafiq qaydada cəzalandırılacaqlar. 
Digər bir məsuliyyət yaradan hal isə ondna ibarətdir ki, həmin muzdlular Azərbaycana qarşı Ermənistan ərazisində deyil, Qarabağda, bizim ölkəmizdə döyüşlərə cəlb ediliblər. Faktiki olaraq onlar Azərbaycan sərhədlərini qanunsuz olaraq keçərək Qarabağa gətiriliblır. Bunun özü də bir ayrıca cinayətdir…
İndiyədək Azərbaycanın hüquq-mühafizə orqanları Ermənistan tərəfdə vuruşan xeyli muzdlunu təsbit edərək, onlarla bağlı cinayət işi başlayıb. Artıq onlardan birinin barəsində qiyabi həbs qətimkan tədbiri seçilərək, barəsində beynəlxalq axtarış da elan edilib. Və xüsusi ilə onu da qeyd etmək laızmdır ki, həmin muzdluları Ermənistanda döyüşlərə cəlb edən şəxslər də beynəlxalq qanunlarla məsuliyyət daşıyırlar.
Indi sizə ermənistan ordusunun tərkibində azərbaycanlılara qarşı döyüşən terrorçularla tanış edirik:
- Fransada zorakılığın əsas təhrikçisi, “Zouaves Paris” (ZVP) qruplaşmasının lideri, özünü sosial şəbəkələrdə faşist adlandıran Mark De Kakkere-Valmenir
- Ermənistan Respublikasının vətəndaşı Vladimir Vartanov və müxtəlif ölkələrin vətəndaşları olan şəxslərdən ibarət “VoMa” ("Voxj Mnalu Arvest" - sağ qalmaq sənəti) adlı silahlı birləşmə
- ASALA terror təşkilatının üzvü, dəfələrlə terrorçuluq fəaliyyətinə görə məhkum edilmiş Fransa Respublikasının vətəndaşı Gilbert Minasyan və onun rəhbərlik etdiyi 15 nəfərdən ibarət hərbi təcrübəyə malik dəstə
- Terror təşkilatının üzvü Fransa vətəndaşı Gilbert Minasyan və onun rəhbərlik etdiyi 15 nəfərdən ibarət hərbi təcrübəyə malik dəstə
- Həmçinin Fransa Respublikasının vətəndaşı Artur Oqanisyan və Gürcüstan vətəndaşı Vaaqn Çaxalyanın Azərbaycan Respublikasının ərazisində törətdikləri cinayət əməllərinə dair yerli və xarici kütləvi informasiya vasitələrində yayılmış çoxsaylı məlumatlar əsasında hazırda araşdırma gedir 
- Bundan başqa, siyahıda “Krım könüllüləri birləşməsi” adlı qrupun rəhbəri olan Martoyan Armen Hamletoviç (Samvel) və digərlərinin adları da var. 
Araşdırmalarla qeyd olunan “Krım könüllüləri birləşməsi” adlı qrupun rəhbəri olan Rusiya Federasiyasının vətəndaşı Martoyan Armen Hamletoviç (Samvel ləqəbli) və həmin qruplaşmanın digər üzvlərinin 2020-ci ilin oktyabr ayında qondarma “Dağlıq Qarabağ” rejiminin rəhbər şəxsləri ilə görüşüblər. onlar Ermənistan ərazisindən qanunsuz keçərək Xankəndi şəhəri və işğal altında olan digər yaşayış məntəqələrinə gələrək, Ermənistanın rəhbərliyi tərəfindən muzdlu kimi istifadə edilir.
Sonda onu da qeyd edək ki, Abxaziyadan da muzdluların Qarabağa gətirilərək, Azərbaycana qarşı hərbi cinayətlərə cəlb edildiiynə dair faktlar ortaya çıxıb. Əlbəttə ki, onlar da cəzasız qalmayacaq və bu cür şəxsləri cəzalandırmaq çətin olmayacaq.
Qarabağa erməni vədinə aldanıb, gəlmək istəyənlər iki məqamı anlamalıdır: Ermənistan məğlub olur və hər kəsi döyüşlərdə ölümə məhkum edir. Muzdlular ya döyüşlərdə məhv olacaq, ya da ələ keçirilib məsuliyyətə cəlb ediləcəklər. Sonu görünməyən prosesdə iştirak etməsələr yaxşıdır…
Qeyd edək ki, Məğlubiyyətə məhkum olan Ermənistanın muzdlulardan istifadə etməsi isə beynəlxalq cinayətdir! Bu, Cenevrə Konvensiyasının birbaşa və açıq şəkildə pozulmasıdır.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Çimərliyə raket düşdü - DƏHŞƏTLİ VİDEO
3 polisi öldürənin qonşuları danışdı - VİDEO
Moskvada nə baş verib? (VİDEO)

90% kişilərin şəhadət barmağında görünən çapığın sirri -Ajiotajın səbəbi tapıldı

18+

Hadisənin 18+ görüntüləri yayıldı
Çimərliyə raket düşdü - DƏHŞƏTLİ VİDEO
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Corabınızın içərisinə soda tökün və geyinin - Görün,hansı xəstəliyi müalicə edirmiş
Kralın atı qadını ölümcül etdi