Qaynar xətt:

(+99450) 247 90 86

Düşmənin zenit qurğusu sıradan çıxarılıb - VİDEO

Düşmənin zenit qurğusu sıradan çıxarılıb - VİDEO

ŞOU-BİZNES

818

04.11.2020, 13:00

Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənin hərbi texnikalarının sıradan çıxarılması üzrə fəaliyyətlər davam etdirilir. Müdafiə Nazirliyindən Oxu24.com-a verilən məlumata görə, noyabrın 3-də günün ikinci yarısında cəbhənin Xocavənd istiqamətindəki yüksəkliklərdən birinə çıxarılmış Ermənistan silahlı qüvvələrinin 1 ədəd “M-55” zenit qurğusu dəqiq atəşlə məhv edilib.
Qeyd edək ki, 1955-ci ildə istehsal edilmiş, yüngül zirehli çoxməqsədli transportyor üzərində quraşdırılmış 20 mm-lik 3 topdan ibarət zenit qurğusu aşağı hündürlükdə uçan hədəflərini və canlı qüvvəsini məhv etmək üçün nəzərdə tutulub.