“Ciddi xəstəliyim var, canımla əlləşirəm, dünəndən ağlayıram”
08 May 2026, 18:29
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
1348
08.07.2020, 21:30
Azərbaycan Dövlət Nəfəs Alətləri Orkestrinin bədii rəhbəri LÜTFİ QƏDİROV həbs edilib.
Baş Prokurorluğun mətbuat xidmətindən Oxu24.com-a verilən məlumata görə, Lütfi Qədirovun 2010-2020-ci illərdə Azərbaycan Dövlət Nəfəs alətləri orkestrinin bədii rəhbəri işləyərkən xidməti vəzifələrinin icrası ilə əlaqədar tabeçiliyində olan əməkdaşlara ümumi himayədarlıq və laqeydlik müqabilində onlardan külli miqdarda rüşvət almasına dair kifayət qədər dəlillər aşkar edildiyindən, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.
İstintaqla Lütfi Qədirovun orkestrin hazırda şəxsiyyətləri istintaqla araşdırılan digər vəzifəli şəxsləri ilə cinayətkar əlaqəyə girib, aralarındakı ümumi cinayətkar niyyətə əsasən korrupsiya sxemlərindən istifadə etməklə orkestrdə müxtəlif vəzifələrdə fəaliyyət göstərən ayrı-ayrı şəxslərə 2017-ci ilin yanvar ayından 2020-ci ilin iyul ayınadək olan müddət ərzində işə gəlməyərək əmək funksiyalarını yerinə yetirməmələrinə baxmayaraq, onlarla bağlanmış əmək müqavilələrinə xitam verilməyib xidmət illəri üzrə əmək stajının hesablanması müqabilində əməkdaşların hər biri üçün ayrılmış plastik kart hesablarına köçürülmüş əmək haqqının 85-90 faiz həcmini təşkil edən ümumilikdə 54 min manatdan artıq məbləğdə pul vəsaitini özü və qabaqcadan əlbir olduğu şəxslər üçün rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.
Qeyd olunan qanunsuz əməllərə görə Lütfi Qədirova Cinayət Məcəlləsinin 311.3-cü (qabaqcadan əlbir olaraq külli miqdarda təkrar rüşvət alma) maddəsi ilə ittiham elan olunaraq, barəsində Binəqədi rayon məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə digər təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək məsuliyyətə cəlb edilməsi, o cümlədən cinayətin törədilməsində bu və ya digər formada iştirak etmiş şəxslərin aşkar edilməsi istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.
00:45 / 15 May 2026
1
00:33 / 15 May 2026
84
00:22 / 15 May 2026
42
23:59 / 14 May 2026
145
23:30 / 14 May 2026
64
23:13 / 14 May 2026
65
23:05 / 14 May 2026
71
22:34 / 14 May 2026
78
22:30 / 14 May 2026
152
22:13 / 14 May 2026
163
21:58 / 14 May 2026
149
21:52 / 14 May 2026
77
21:41 / 14 May 2026
71
21:30 / 14 May 2026
81
21:19 / 14 May 2026
83
21:14 / 14 May 2026
81
21:07 / 14 May 2026
236
21:02 / 14 May 2026
174
20:59 / 14 May 2026
71
20:56 / 14 May 2026
101
20:54 / 14 May 2026
167
20:49 / 14 May 2026
64
20:49 / 14 May 2026
473
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.