İbrahim Borçalının evində toy olacaq
05 Oktyabr 2026, 15:00
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
882
30.09.2025, 09:20
Kamil Zeynallı: "İdman infarkt yaratmır, infarkt əsəbdən stressdən olur".
Əməkdar artist Cabir İmanov bu gün Bakıda idman zalında infarktdan vəfat edib. Əməkdar artist məşq zalında müvazinətini itirərək yıxılıb. Onun yaxınlığındakı şəxslər kömək etməyə çalışsalar da, C.İmanovun ürək fəaliyyətini bərpa etmək mümkün olmayıb.
Bəs hansı hallarda idmanla məşğul olmaq olmaz? İdman nə zaman öldürür?
Musavat.com mövzu ilə bağlı tanınmış idmançı Kamil Zeynallının fikirlərini öyrənib.
Zeynallı bildirib ki, insanlar idmanla məşğul olmamışdan öncə sağlamlıqlarından əmin olmalı, xəstəlikləri varsa, məşqçiyə bildirməlidirlər:
"Cabir İmanovun ölümü üzücü xəbər oldu. Xəbərlərdə də yazılmışdı ki, infarktdan vəfat edib. İdman infarkt yaratmır, infarkt əsəbdən stressdən olur. İdman fiziki güc yaradır, rahatlıq yaradır, bədəni tərbiyələndirir. Gün ərzində idman zalında da, yolda da, maşın sürərkən də infarkt keçirə bilərsən. Elə xəstəliklər var ki, o zaman idmanla məşğul olmaq olmaz. İnsanlar zala gəlir, məşqçiyə xəstəlikləri barədə məlumat vermir, ya öz bildikləri kimi idman edirlər. Nəticədə insanın səhhətində problemlər yaranır. İnfarktın zala, başqa məkanlara aidliyi yoxdur. Ürəkdə problem olduqda infarkt keçirirlər.
Mən tövsiyə edirəm ki, insanlar idmanla məşğul olmamışdan öncə sağlamlıqlarından əmin olsunlar, xəstəlikləri varsa, məşqçiyə bildirsinlər ki, onlara uyğun məşqlər seçilsin.İdman sağlamlıqdır. Qorunmağın yeganə yolu isə xəstəliklər, narahatlıqlar haqqında öncədən məşqçiyə məlumat verməkdir".
Oxu24.com
16:15 / 06 Oktyabr 2026
1
16:09 / 06 Oktyabr 2026
66
16:07 / 06 Oktyabr 2026
24
15:57 / 06 Oktyabr 2026
46
15:50 / 06 Oktyabr 2026
55
15:44 / 06 Oktyabr 2026
64
15:39 / 06 Oktyabr 2026
65
15:20 / 06 Oktyabr 2026
130
15:19 / 06 Oktyabr 2026
91
15:16 / 06 Oktyabr 2026
152
15:05 / 06 Oktyabr 2026
71
15:00 / 06 Oktyabr 2026
62
14:34 / 06 Oktyabr 2026
76
14:24 / 06 Oktyabr 2026
131
14:18 / 06 Oktyabr 2026
6804
14:14 / 06 Oktyabr 2026
69
14:10 / 06 Oktyabr 2026
83
14:05 / 06 Oktyabr 2026
96
14:01 / 06 Oktyabr 2026
83
13:58 / 06 Oktyabr 2026
78
13:55 / 06 Oktyabr 2026
119
13:50 / 06 Oktyabr 2026
244
13:31 / 06 Oktyabr 2026
1002
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.