Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
11628
az

Aprel döyüşləri necə başlayıb? -Zakir Həsənov gizli detalları açıqlayır

12:4404 Aprel, 2019
2294
OXU24 TV
  • A
 

"Ermənistan aprel döyüşlərində səfərbərlik elan etdi. İrəvandan toy-bayramla Qarabağ yollandılar. Onlar gəlib heç Qarabağa çıxa bilmədilər".

Oxu24.com -un  məlumatına görə, bu sözləri müdafiə naziri Zakir Həsənov AZTV-yə müsahibəsində deyib. O bildirib ki,  aprel döyüşlərində Azərbaycan Ordusunun 20 faizi bütün Ermənistan ordusunu 3-4 günə darmadağın edib: “Biz əks hücuma keçdik, ancaq itkilərimiz ondan 3 dəfə az oldu. Hər bir şəhidimiz bizim üçün əzizdir. Amma ayrı yolumuz yoxdur, gərək biz Vətənimizi müdafiə edək. Döyüşlər hərbi baxımdan çətin vəziyyətdə keçdi.  Gecə, dağlarda, düşmənlə birbaşa təmasdan əks hücuma keçmişdik. Ordumuz yüksək döyüşkənlik bacarığı nümayiş etdirdi. Yaralı zabitlərimiz döyüşdən çıxmırdılar. Azərbaycan Ordusunun kiçik bir hissəsi Ermənistan ordusunu 3 gündə darmadağın etdi. Onlarda güc də yoxdur. Bir istiqamətdə hücum etmək istədilər və nəticəsi olmadı. Azərbaycanın 1 tankı minaya düşdü, sonra onu bərpa etdik, Ermənistan isə 30 tank itirdi. Bizdə top itkisi 1, ermənilərdə 15 oldu, 300-dən çox şəxsi heyət öldü. Aprel döyüşlərinin nəticəsi Ermənistan üçün faciəvi oldu. Onlar bütün siyasətləri Qarabağla bağlı milləti aldatmaqdan ibarət idi. Guya müdafiə xətti qurublar. Azərbaycan ordusu 18 dəqiqə ərzində bu xəttə yarmışdı. 18 dəqiqdən sonra onlar qaçmağa başladılar”.

#Azerbaycan #Xeberler #Qarabag #Zakir Hesenov #Aprel doyusleri #Oxu24.com #Video



Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Aprel döyüşləri necə başlayıb? -Zakir Həsənov gizli detalları açıqlayır

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Maşınla yol kənarındakı piyadanı    vurub    öldürdü