Qaynar xətt:

(+99450) 247 90 86

İtlər donub ölməkdən xilas edildi - VİDEO

ŞOU-BİZNES

573

25.02.2024, 17:53

Moskvanın şimalında uzun müddət park edilmiş avtomobildə kilidlənmiş beş it təsadüfən aşkar edilib.

 

Oxu24.com  xəbər  verir  ki,  bu barədə  Moskva şəhər  prokurorluğunun  Telegram kanalında video paylaşılıb.

“İlkin məlumatlara görə, Beskudnikovski bulvarındakı yaşayış binalarından birinin yaxınlığında dayanmış avtomobil qoşqusunda beş it kilidlənib”, - məlumatda deyilir.

Hadisə şahidlərinin sözlərinə görə, heyvanlar artıq dördüncü gündür ki, qapalı saxlanılıb.

Sakinlər  itlərin donaraq ölə biləcəyindən narahat olublar.  Life.ru saytı heyvanların sahibinin tapıldığını bildirib. O, kinoloji mərkəzin əməkdaşı Natalya Belova olub. 

 

 

Nigar