Qaynar xətt:

(+99450) 247 90 86

Rusiya tərəfi şok video yaydı:ABŞ silahları belə məhv edilir

ŞOU-BİZNES

703

23.02.2024, 19:20

Rusiya Müdafiə Nazirliyi Amerikanın “Patriot” hava hücumundan müdafiə sisteminin məhv edilməsinin görüntülərini yayıb.

 

Oxu24.com  xəbər  verir  ki,  Rusiya Silahlı Qüvvələri buraxılış qurğusuna, traktora, sursata və nəqliyyat-yükləyici maşına hücumu uğurla həyata keçirib.

 

“Patriot” zenit-raket kompleksinin buraxılış qurğusu, traktoru, sursatları və nəqliyyat-yükləyici maşını zədələnib”, - Müdafiə Nazirliyinin açıqlamasında bildirilir.

 

Rusiya hərbçiləri hədəfi vurduqdan sonra ukraynalı yaraqlıların kompleksdən qalanları boşaltmaq cəhdləri nəticəsiz qalıb.

 

Bundan əvvəl Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin Avdeyevka istiqamətində bir həftə ərzində 2,9 mindən çox yaraqlısını itirdiyini bildirmişdi.

 

Göstərilən müddət ərzində həmin ərazidə Rusiya Silahlı Qüvvələri Ukrayna Silahlı Qüvvələrinin 39 əks-hücumunu dəf edib.

Həmin videonu  təqdim edirik:

 

 

 

Miri