Qaynar xətt:

(+99450) 247 90 86

Xocalı Şahidi: "Ermənilər onun dişini özünə çəkdirdilər"

2019-02/1551161865_xocali-sa.jpg

ŞOU-BİZNES

939

26.02.2019, 10:17

  Ermənilərin Xocalıda törətdiyi soyqırımdan 27 il keçir.
Həmin gecə ermənilərin 366-cı motoatıcı alayın köməyi ilə Azərbaycanın Xocalı şəhərində dünyada misli görünməyən vəhşiliklər törətdilər. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Həmin gecə erməni cinayətlərinin canlı şahidlərindən biri də Xocalı sakini Zənurə Səlimovadır. O vaxt hələ 19 yaşı olan bu xanım ermənilərin həmin gecə dinc sakinlərə qarşı törətdiyi soyqırımı birbaşa yaşamış insandır. Femida.az erməni cinayətlərini Xocalının canlı şahidinin dilindən təqdim edir: