196 ölkədə axtarılan İnqilab Babayev belə ələ keçirildi - Video
17 Aprel 2026, 09:42
Qaynar xətt:
(+99450) 247 90 86
OXU24 TV
924
14.02.2026, 17:25
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev “France 24” kanalına müsahibə verib.
Oxu24.com xəbər verir ki, müsahibədə jurnalist Bakıda mühakimə olunan erməni separatçılarla bağlı da suallar ünvanlayıb.
Müsahibənin sözügedən hissəsini təqdim edirik:
Müxbir: Ölkənizdə hərbi məhkəmənin Qarabağ bölgəsinin 13 şəxsinə ağır həbs cəzaları, o cümlədən keçmiş liderinə ömürlük həbs cəzası verməsinə dair qərarına toxunmaq istəyirəm. ABŞ Vitse-prezidentinin bu məsələ ilə bağlı danışdığı və bölgədə sülhə nail olunması məqsədilə Sizdən bəlkə də onları əfv etməyinizi istədiyi barədə məlumatlar var idi. O, bunu edibmi və Siz bunu edəcəksinizmi?
Prezident İlham Əliyev: Vitse-prezidentlə bir neçə saat davam edən görüş zamanı digər məsələlərlə yanaşı, bu məsələ də onun tərəfindən qaldırıldı və mən bu məsələ ilə bağlı Azərbaycanın mövqeyini ifadə etdim, vəssalam. Biz, əsasən, ikitərəfli əlaqələri, regional inkişafı, TRIPP və Ermənistanla rəsmi sülh perspektivlərini müzakirə etdik. Qeyd etdiyiniz bu insanlara gəldikdə isə, onlar bizim ərazimizdə, Ermənistan da daxil olmaqla bütün beynəlxalq ictimaiyyət tərəfindən tanınan suveren Azərbaycan dövlətinin ərazisində qanunsuz fəaliyyət göstərən separatçı rejimin liderləridir.
Bu insanlar uzun illər ərzində azərbaycanlılara və Azərbaycana qarşı törədilən bütün müharibə cinayətlərinin təşkilatçıları olublar və məsuliyyətə cəlb ediliblər. Onlar bizim həyata keçirdiyimiz hərbi əməliyyat nəticəsində Qarabağda saxlanılıb məsuliyyətə cəlb olunublar. Onlar vəkillərlə təmin ediliblər. Məhkəmə prosesi tamamilə şəffaf keçib. Onların cinayətləri şahid ifadələri, çoxsaylı ifadələrlə sübuta yetirilib, hər hansı qanun pozuntusundan söhbət gedə bilməz.
Müxbir: Cənab Prezident, bəs Siz bununla bağlı nə isə edə bilərsinizmi?
Prezident İlham Əliyev: Siz nəyi nəzərdə tutursunuz?
Həmçinin oxuyun
Müxbir: Yeni səhifə açıb onları əfv edə və ya buna bənzər nə isə bir jest edə bilərsiniz. Bu, Sizin səlahiyyətiniz daxilindədir.
Prezident İlham Əliyev: Bilirsiniz, bu insanlar bəşəriyyətə qarşı ağır cinayətlər törədiblər. İkinci Dünya müharibəsindən sonra Nürnberq məhkəmələrində ölüm hökmünə məhkum edilmiş bütün o nasist liderlərini təsəvvürünüzə gətirin ki, iki aydan sonra kimsə gəlib deyəcək, xahiş edirəm, onları azad edin.
Müxbir: Bu, Sizin üçün eyni şeydir?
Prezident İlham Əliyev: Bəli, tamamilə. Hətta daha da pisdir, daha da pisdir. Onların törətdiyi cinayət İkinci Dünya müharibəsi zamanı nasistlərin etdiklərindən daha pis idi.
15:55 / 17 Aprel 2026
1
15:26 / 17 Aprel 2026
38
15:23 / 17 Aprel 2026
182
15:18 / 17 Aprel 2026
42
14:25 / 17 Aprel 2026
52
14:15 / 17 Aprel 2026
51
13:55 / 17 Aprel 2026
65
13:26 / 17 Aprel 2026
57
13:05 / 17 Aprel 2026
71
13:01 / 17 Aprel 2026
531
13:00 / 17 Aprel 2026
63
12:50 / 17 Aprel 2026
78
12:35 / 17 Aprel 2026
62
12:25 / 17 Aprel 2026
80
12:18 / 17 Aprel 2026
217
12:12 / 17 Aprel 2026
69
12:00 / 17 Aprel 2026
92
11:56 / 17 Aprel 2026
62
11:49 / 17 Aprel 2026
69
11:45 / 17 Aprel 2026
77
11:43 / 17 Aprel 2026
64
11:40 / 17 Aprel 2026
1282
11:38 / 17 Aprel 2026
68
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.