Doğmalarının məzarını ziyarətə gələnlər gördüklərindən ŞOK OLDULAR - VİDEO
15 Noyabr 2026, 23:41
Qaynar xətt:
(+99450) 247 90 86
OXU24 TV
3760
17.11.2025, 23:37
Cəmi 36 il yaşadı. Ölümündən 43 il keçməsinə baxmayaraq, unudulmur, səsi də, gözəlliyi də ölməz olub, yaddaşlarda yaşayır. Səhnələrə gündə bir müğənni çıxır. Çoxu özünün reklamına, gündəmdə qalmasına külli miqdarda xərc çəkir, sifarişli yazılar yazdırır, lakin 3 gün keçmədən unudulur, yeni gələn axının tozunda görünməz olur. Amma nə sirdirsə, Nəzakət Məmmədova düz 43 ildir yaddaşlardan silinmir, ona olan sevgi ölmür, qəribədir ki, yaşamasa belə yenə haqqında dedi - qodular, şayiələr gəzir. Hamı sirr pərdəsinin arxasında nələrinsə olduğunu güman edir.
Bu gün səsi, özü gözəl, bəxti qara xanımın doğum gündür. 1944-cü il fevralın 28-də Gəncə şəhərində doğulmuşdu. Ailədəki üç qızın ən kiçiyi o idi. Ata sevgisi görmədən böyümüşdü. Orta məktəbi bitirib, anasının arzusu ilə müəllimlik peşəsini seçdi. Xarici Dillər İnstitutuna daxil oldu. Amma özünü səhnədə görmək istəyirdi.
Buna görə, təhsilini yarımçıq qoyub 1966-cı ildə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumuna daxil olur. Texnikumda oxuyarkən Ceyran Haşımovanın rəhbərlik etdiyi "Lalə" qızlar ansamblına daxil olur və səhnəyə ilk addımlarını bu ansamblla atır.
"Lalə" qızlar ansamblının rəhbəri Ceyran Haşımovanın Lent.az-a danışdıqlarına əsasən, həmin ərəfədə yeni evlənmiş olan Nəzakət çox kasıb vəziyyətdə yaşayırmış.
"Onun səhnəyə geydiyi paltarları da mən almışdım. Oğlu Ceyhun doğulanda uşağın beşiyini, yatağını, geyimini biz təmin etdik. Onun Opera teatrının səhnəsinə çıxmasına da mən səbəb oldum. Lakin sonralar Nəzakət bizi atıb getdi, Eldar Baxış radio proqramlarından birində Nəzakəti özü kəşf etmiş kimi təqdim elədi, bu mənim xətrimə dəydi. Ölənə qədər danışmadım onunla", deyə Ceyran xanım bildirib.
"Lalə" qızlar ansamblından ayrılan Nəzakət ömrü boyu bu ansamblın üzvlərinin qısqanc münasibəti ilə qarşılaşır.
Təhsilini İncəsənət İnstitutunda davam etdirən Nəzakət Məmmədova 1968-ci ildə Opera və Balet Teatrına qəbul olunur və 1971-ci ildə Leyli obrazı ilə hamını heyran edir. "Rast", "Qatar", "Şahnaz", "Segah" və digər muğamların, mahnı və təsniflərin mahir ifaçısı kimi tanınır.
Bu gözəl qadının ailə həyatı heç uğurlu alınmamışdı. Uşaqlıqdan tanıdığı Qüdrət adlı gənc mühəndislə nişansız, toysuz ailə qurur, bu evlilikdən oğlu Ceyhun doğulur. Öncələr bir - birlərini çox sevsələr də, Qüdrət tezliklə dəyişir, əsəbi, qısqanc, şiddətə meyilli kişiyə çevrilir. Tez-tez Nəzakəti döyür. Günlərin birində yaşadıqları gecəqondu evdə Nəzakəti o qədər möhkəm döyür ki, təsadüfən onlara gələn anası ilə bacısı müğənnini ərinin əlindən çətinliklə alırlar. Elə həmin gün onların münasibətlərinə son qoyulur, ailə dağılır. Nəzakət oğlunu tək böyütməyə qərar verir. Çoxlu elçiləri, sevənləri olsa da kimsəyə ürək qızdıra bilmir. İllər sonra ailəsi olan bir prokurorla tanış olur. Çox sevir, sevilir. Sonralar bu sevgi dillərdə qalır, amma xoş mənada deyil. Bu barədə TV11-in "Bu adam" verilişində...
00:08 / 16 Noyabr 2026
9
23:41 / 15 Noyabr 2026
79
23:35 / 15 Noyabr 2026
81
23:32 / 15 Noyabr 2026
70
23:07 / 15 Noyabr 2026
292
22:43 / 15 Noyabr 2026
379
22:34 / 15 Noyabr 2026
120
22:24 / 15 Noyabr 2026
97
22:05 / 15 Noyabr 2026
997
21:57 / 15 Noyabr 2026
450
21:37 / 15 Noyabr 2026
1249
21:07 / 15 Noyabr 2026
1197
20:58 / 15 Noyabr 2026
550
20:55 / 15 Noyabr 2026
152
20:44 / 15 Noyabr 2026
374
20:39 / 15 Noyabr 2026
135
20:30 / 15 Noyabr 2026
164
20:09 / 15 Noyabr 2026
441
19:51 / 15 Noyabr 2026
468
19:37 / 15 Noyabr 2026
154
19:17 / 15 Noyabr 2026
160
19:09 / 15 Noyabr 2026
146
18:40 / 15 Noyabr 2026
164
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.