Bakıda qadının küçədə qətli kameraya düşdü - HƏSSAS GÖRÜNTÜLƏR (18+)
07 Oktyabr 2026, 17:14
Qaynar xətt:
(+99450) 247 90 86
OXU24 TV
736
12.11.2025, 23:06
Xaricdən avtomobil almaq üçün külli miqdarda ödəniş edən şəxslərin maşınları 4 aydır ki, gəlib çıxmır. Ona görə də onlar mövcud vəziyyətdən narahatdırlar.
Oxu24.com Xəzər TV-yə istinadən xəbər verir ki, zərərçəkmişlərin sözlərinə görə, "Əsədzadə Sənan" MMC vasitəsilə Çindən avtomobil sifariş ediblər, lakin təxminən 4 aydır ki, avtomobillərini təhvil ala bilmirlər.
Onlar iddia edirlər ki, bu hal 100-ə yaxın şəxsin başına gəlib.
Şikayətçilər şirkət tərəfindən hədələndiklərini də iddia ediblər.
Bəs iddialar nə dərəcədə doğrudur?
Suallara aydınlıq gətirmək üçün sözügedən şirkətin direktoru Sənan Əsədzadə ilə əlaqə saxlanılıb. O, hazırda xaricdə olsa da, suallarımızı "WhatsApp" vasitəsilə cavablandırdı və problemin qarşı tərəfdən qaynaqlandığını dedi:
"Müqavilə bağlandıqdan sonra biz "invoys" göndəririk ki, ödənişi həyata keçirsinlər. Adam 24 saat ərzində öhdəliyi qəbul edib, əvvəlcədən o müqaviləni oxuyub, barmaq izi ilə təsdiq edib. Qarşı tərəf bunu 24 saat ərzində yerinə yetirmir, özünün ağlına batan müddətdə, özünə xoş gələcək müddətdə yerinə yetirir və bu da gələcək dövrdə problem yaradır. Sən yerinə yetirməmisənsə, avtomatik bütün işlərin gedişatını yubatmısan, bu proses səndən başlayıb. Müqavilədə fors-major hallarla bağlı qeyd var və biz bunu əvvəlcədən müştəriyə yazılı olaraq göndəririksə, bildiririksə, deməli, bu müddətin uzanmasında biz günahkar deyilik. Bütün müqavilələrin sonunda qeyd olunur ki, tərəflər arasında anlaşılmaz qalan hər bir detal, hər bir məsələ əvvəlcə danışıqlar yolu ilə, bu halda həll olunmadıqda, məhkəmə yolu ilə həll olunacaq".
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qəmbərli bildirib ki, xarici ölkədən avtomobil gətirmək adı ilə vətəndaşlara qarşı kütləvi dələduzluq əməlləri törətməkdə şübhəli bilinən Sənan Əsədzadə barəsində axtarış elan olunub. 27 yaşlı Sənan Yavər oğlu Əsədzadə barəsində dələduzluq əməlləri ilə bağlı 17 epizod üzrə Nərimanov Rayon Polis İdarəsində cinayət işi başlanıb. Həmin faktlar üzrə vətəndaşlara dəyən zərər 412 min dollar təşkil edir. Müəyyən edilib ki, o, vətəndaşlara müxtəlif yalan vədlər verməklə ölkəni tərk edib. Hazırda cinayət işi üzrə istintaq tədbirləri görülür.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
23:50 / 07 Oktyabr 2026
85
23:23 / 07 Oktyabr 2026
129
23:20 / 07 Oktyabr 2026
121
23:19 / 07 Oktyabr 2026
143
23:09 / 07 Oktyabr 2026
138
22:54 / 07 Oktyabr 2026
114
22:50 / 07 Oktyabr 2026
126
22:48 / 07 Oktyabr 2026
211
22:38 / 07 Oktyabr 2026
152
22:28 / 07 Oktyabr 2026
2908
22:27 / 07 Oktyabr 2026
111
22:00 / 07 Oktyabr 2026
138
21:53 / 07 Oktyabr 2026
96
21:47 / 07 Oktyabr 2026
1516
21:35 / 07 Oktyabr 2026
558
21:31 / 07 Oktyabr 2026
106
21:25 / 07 Oktyabr 2026
185
21:15 / 07 Oktyabr 2026
468
21:11 / 07 Oktyabr 2026
129
21:06 / 07 Oktyabr 2026
85
21:05 / 07 Oktyabr 2026
81
20:49 / 07 Oktyabr 2026
238
20:34 / 07 Oktyabr 2026
566
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.