DİN video yaydı
19 Sentyabr 2026, 12:35
Qaynar xətt:
(+99450) 247 90 86
OXU24 TV
884
29.09.2025, 11:10
Şəki şəhərində fəaliyyət göstərən “Azra” şirniyyat evinin əməkdaşı Ayşən Babazadənin müştərilərə qarşı qeyri-etik hərəkət etməsi ilə bağlı görüntülər yayılıb.
Oxu24.com xəbər verir ki, sosial şəbəkədə yayılan görüntülərdə onun müştərilər üçün hazırladığı çay stəkanına tüpürdüyü aydın olur.
Etdiyi hərəkəti öz hesabında paylaşan gənc qız işə nifrət etdiyini və dalaşdığını bildirib. İddia olunur ki, o, şirniyyat evinin rəhbərliyi ilə dalaşaraq bu addımı atıb.
Məsələ ilə bağlı sözügedən şirniyyat evi ilə əlaqə saxladıq. Obyektin rəhbəri Murad Nəsibov məsələdən xəbərdar olan kimi həmin şəxsin töhmət verilərək işdən çıxarıldığını dedi: “Bu barədə əvvəldən məlumatımız olmayıb. Dünən polisə də izahat vermişik. Həmin xanımın özünü də polisə çağırmışdılar. Biz bu məsələni bilən kimi həmin işçini Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndi ilə işdən çıxarmışıq. Bundan sonra o, heç yerdə işləyə bilməz. Onun müdriyyətlə dalaşması halı olmayıb. Özü izahatında deyib ki, mən öz rəfiqələrimlə orada oturmuşam, zarafat məqsədilə belə etmişəm və şəxsi səhifəmdə paylaşmışam. Dediyinə görə, həmin çay da servis olunmayıb”.
DİN-in Mətbuat xidmətinin regional qrupundan sorğumuza cavab olaraq bildirilib ki, sosial şəbəkələrdə yayılan videogörüntülərlə bağlı ərazi üzrə polis orqanında təhqiqat aparılır: “Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək”. (Qafqazinfo)
10:37 / 23 Sentyabr 2026
1
10:33 / 23 Sentyabr 2026
31
10:31 / 23 Sentyabr 2026
17
10:29 / 23 Sentyabr 2026
29
10:28 / 23 Sentyabr 2026
24
10:15 / 23 Sentyabr 2026
25
09:55 / 23 Sentyabr 2026
54
09:47 / 23 Sentyabr 2026
252
09:45 / 23 Sentyabr 2026
59
09:44 / 23 Sentyabr 2026
56
09:41 / 23 Sentyabr 2026
55
09:40 / 23 Sentyabr 2026
52
09:38 / 23 Sentyabr 2026
49
01:29 / 23 Sentyabr 2026
162
01:24 / 23 Sentyabr 2026
122
01:20 / 23 Sentyabr 2026
79
01:13 / 23 Sentyabr 2026
100
00:15 / 23 Sentyabr 2026
89
00:14 / 23 Sentyabr 2026
116
23:57 / 22 Sentyabr 2026
1107
23:56 / 22 Sentyabr 2026
91
23:42 / 22 Sentyabr 2026
79
23:24 / 22 Sentyabr 2026
110
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.