Amnistiya aktı KİMLƏRƏ ŞAMİL EDİLƏCƏK? - 20 mindən çox şəxs siyahıda olacaq: AÇIQLANDI
17 Dekabr 2025, 01:40
Qaynar xətt:
(+99450) 247 90 86
OXU24 TV
2730
10.03.2025, 12:27
Aynur Əsədova 2009-cu ildə Şahmar Əsədovla ailə həyatı qurub, bu zaman Aynurun 16 yaşı olub, Onların iki övladları dünyaya gəlib. Aynurun sözlərinə görə əri Şahmarı sevərək evlənməyib. Babası onu məcburi ərə verib. Şahmarı heç vaxt sevməyib. Əri onunla çox kobud davranıb, bu səbəbdən də atası onların boşanmasını istəyib. Özünü pis hiss edən Aynur ağrıkəsici dərmanlar qəbul edib və zəhərləndiyinə görə xəstəxanaya yerləşdirilib. Bundan sonra atası qızını öz evinə gətirib və Şahmar Əsədovla boşanmasını istəyib.
Oxu24.com xəbər verir ki, dəfələrlə qudası gəlib, Aynuru evə aparmaq istəsə də, razılıq verməyib. Təxminən 20 gündən sonra qızı uşaqları üçün darıxdığını deyib, öz evinə qayıdıb. Bundan sonra Ukraynada təhsil almış ərinin əmisi oğlu Elşad kəndə gəlib. Aynur Elşadı ilk dəfə 2014-cü ilin yayında kənddə görüb və ondan xoşu gəlib. Evli olduğundan bunu heç kimə deyə bilməyib. Hadisədən bir ay əvvəl Elşada olan hisslərini bildirmək qərarına gəlib, bu məqsədlə onu sevdiyi barədə məktub yazıb.
Axşam Elşad həyətlərinə gəlsə də, utandığı üçün çıxıb onunla görüşməyib. Amma növbəti gün həyətdəki bağın aşağısında görüşüb, söhbət ediblər. Bundan sonra həftədə üç dəfə görüşüblər, lakin aralarında hər hansı yaxınlıq olmayıb.
2018-ci il oktyabrın 15-də Elşad ondan borca bir həftəyə qaytarmaq şərti ilə 500 manat pul istəyib. Pulu olmadığını deyərək, əvəzinə ona iki cüt qızıl sırğa, bir ədəd qızıl boyunbağı, qızıl qolbaq və dörd ədəd qızıl üzük verib. Səhəri gün Elşad qızılları Quba şəhərində 2 400 manata satdığını deyib. Ayın 18-də Elşada zəng edib, Şahmarın qızılların evdə olmadığını biləcəyini və problem yaranacağını deyib.
Oktyabrın 19-da telefonla danışanda evdən getmək barədə fikrinin ciddi olduğunu bildirib. Saat 19:30-da Elşad ona zəng edərək, kəndin aşağı yolunda taksidə onu gözlədiyini bildirib. Uşaqları qayınanasına verərək, saçını yuyub, 15-20 dəqiqəyə qayıdacağını söyləyib və Elşadın dediyi yerə gedib.
Qubadakı “Köhnə avtovağzal”da başqa taksiyə minib, Bakıya gəliblər. Həmin gün Elşadın anası oğluna zəng vurub, onun harada olduğunu soruşanda Qubada ASAN xidmətin yanında olduğunu deyib. Anası ona xəbər verib ki, qonşuları Aynur yoxa çıxıb. Elşad anası duyuq düşməsin deyə, bu xəbərə təəccüblənib. Cütlük Bakıda Bakıxanov qəsəbəsindəki 5 mərtəbəli yataqxana binasına yerləşiblər. Sabahı gün Elşad Aynuru Bakıda qoyaraq özü evə qayıdıb.
Həmçinin oxuyun
Oktyabrın 20-də evə qayıdan Elşad anasına ötən gün Gültəpə kəndində olduğunu və sabah Bakıya gedəcəyini deyib. Bunu eşidən anası həbsdə olan qardaşı oğlu Ceyhuna sovqat aparıb verməsini xahiş edib. Oktyabrın 21-də Elşad evdən çıxıb Bakıya gedib.
Davamı TV11-in videomaterialında...
00:36 / 17 Dekabr 2025
10
00:32 / 17 Dekabr 2025
16
00:24 / 17 Dekabr 2025
26
23:40 / 16 Dekabr 2025
371
23:04 / 16 Dekabr 2025
578
22:25 / 16 Dekabr 2025
58
22:19 / 16 Dekabr 2025
323
22:05 / 16 Dekabr 2025
71
20:53 / 16 Dekabr 2025
618
20:13 / 16 Dekabr 2025
763
20:07 / 16 Dekabr 2025
319
20:05 / 16 Dekabr 2025
269
19:58 / 16 Dekabr 2025
142
19:53 / 16 Dekabr 2025
96
18:06 / 16 Dekabr 2025
2090
17:55 / 16 Dekabr 2025
103
17:51 / 16 Dekabr 2025
108
17:39 / 16 Dekabr 2025
4775
17:35 / 16 Dekabr 2025
136
17:26 / 16 Dekabr 2025
100
17:23 / 16 Dekabr 2025
112
16:39 / 16 Dekabr 2025
110
16:00 / 16 Dekabr 2025
176
15:56 / 16 Dekabr 2025
125
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.