Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada “Poyi-Kalon” kompleksi ilə tanış olub - VİDEO
24 Avqust 2026, 18:57
Qaynar xətt:
(+99450) 247 90 86
OXU24 TV
3005
06.03.2025, 16:02
Azərbaycanda həbs edilən kibercinayətkarlıqla məşğul olan şəxs şok ifadə verib.
"Zeromap” MMC-nin icraçı direktoru olan Tural Əliyev məhkəmədə ifadəsində deyib ki,kənardan istənilən şəxsin telefonuna girə bilirmiş
"Əsasan audit işləri ilə məşğul olmuşam. Müəyyən proqramlar yaradaraq dövlətyönlü işlərdə istifadə olunmasını istəyirdim. Düşünürdüm ki, bu cür proqamları xarici ölkələrdən almaq əvəzinə özümüz yaradıb, yerli brend kimi istifadə edək".
Təqsirləndirilən şəxs hazırladığı proqramın imkanlarından danışıb:
"Yaratdığım proqram vasitəsilə istənilən fiziki və hüquqi şəxsin mobil telefonuna daxil olub, zəngləri və "whatsapp"dakı yazışmaları görmək mümkün idi. Casus olan proqramı test üçün öz mobil telefonuma yönəltmişəm. Həmin proqramı yalnız MDB ölkələri üçün bağlamışam. Rusiya, Azərbaycan üçün bu proqrama daxil olmaq olmur. Olan kimi sistem özünü məhv edirdi. Yaratdığım proqramlarla istənilən şəxsin telefonuna daxil olmaq olurdu. Bunun bir neçə yolu vardı. Həmin şəxsə zəng edəndə telefonu götürürdüsə, artıq telefona daxil olunurdu. Və yaxud sosial şəbəkələrdə bir foto göndərirsən, həmin fotonu açırsansa, o zaman telefona daxil olunurdu. Yenə də deyirəm ki, mən bunu yalnız öz telefonumda test etmişəm".
Təqsirləndirilən şəxs qeyd edib ki, peşəkar haker sistemləri qurub, özünün yaratdığı casus proqramlarından istifadə edib: "Mən ABŞ-yə aid olan şirkətin sisteminə qanunsuz daxil olmuşam. Bunu nüfuz qarşılığında etmişəm, kiçik məbləğlərdə də pul almışam. ABŞ saytına girməkdə məqsədim sistemi yoxlamaq olub. Yalnız özümü tanıtmaq istəyirdim. Müdaxilələr qanunsuz olub. Daha sonra İsraildə yerləşən Belarusiyanın şirkətinin proqramına daxil olmuşam. Burada hər hansı bir gəlir olmayıb. Sadəcə öz yaratdığım sistemin nəyə qadir olduğunu bilmək istəyirdim. Çünki bu çox böyük maliyyə idi. Burada maddi xeyirdən çox nüfuzumu və özümü dünyaya tanıtmaq istəyirdim. Müəyyən kodları əldə etmişdim".
Tural Əliyev qeyd edib ki, yaratdığı həmin proqramları dövlət orqanlarına vermək niyyəti olub: "Həmin proqramlar sınaqdan keçirilməli idi. Çünki kiməsə təqdim edəndə sınaqdan keçməyən proqramı qəbul etmir. Bu məqsədlə də Azərbaycanda olan bir şirkətin kompüter proqramına daxil olmuşam. Amma heç bir əməliyyat keçirməmişəm. Mən "Facebook", "Google" və digər sosial şəbəkələrdə boşluqlar tapmışam. Bunun qarşılığında da mükafatlar almışam".
19:38 / 24 Avqust 2026
1
19:29 / 24 Avqust 2026
19
19:18 / 24 Avqust 2026
33
19:13 / 24 Avqust 2026
32
19:08 / 24 Avqust 2026
244
19:00 / 24 Avqust 2026
32
18:59 / 24 Avqust 2026
148
18:57 / 24 Avqust 2026
49
18:51 / 24 Avqust 2026
50
18:43 / 24 Avqust 2026
114
18:26 / 24 Avqust 2026
55
18:16 / 24 Avqust 2026
62
18:07 / 24 Avqust 2026
64
17:59 / 24 Avqust 2026
81
17:45 / 24 Avqust 2026
67
17:29 / 24 Avqust 2026
80
17:05 / 24 Avqust 2026
76
16:53 / 24 Avqust 2026
90
16:44 / 24 Avqust 2026
40
16:31 / 24 Avqust 2026
110
16:17 / 24 Avqust 2026
71
16:14 / 24 Avqust 2026
86
16:10 / 24 Avqust 2026
79
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.