"Noyabrın 7-də bizi Laçın istiqamətindəki mövqelərdən rotasiya edib bir qədər aşağıya düşürdülər" - MÜSAHİBƏ
08 Noyabr 2026, 17:27
Qaynar xətt:
(+99450) 247 90 86
MÜSAHİBƏ
1192
09.07.2020, 19:35
Həyata keçirilən tədbirlərə baxmayaraq, Azərbaycanda COVID-19 virusuna yoluxanların sayı sabit yüksək olaraq qalmaqdadır.
Ölkədə hər gün 500-dən çox insanın koronavirisa yoluxduğu məlum olur.
Ümumi yoluxanların sayı 22 minə yaxınlaşır.
Oxu24.com xəbər verir ki, martın 24-dən başlayaraq, hər gün 8-12 saat ərzində COVID-19-a yoluxmuş xəstələrin müalicəsi ilə məşğul olan Bakıdakı Mərkəzi Neftçilər Xəstəxanasının həkim-infeksionisti Natiq Əliyev mövcud vəziyyət barədə danışıb.
N.Əliyev bildirib ki, əvvəllər xəstələr arasında virusu yüngül və asimptomatik keçirənlər var idisə, hazırda xəstəxana virusu orta və ağır keçirən xəstələrlə doludur.
“Bu gün xəstəxanada boş çarpayı yoxdur. Xəstəxanadan evə buraxılan şəxsin yerinə dərhal yeni xəstə gəlir. Hazırda xəstəxanada COVID-19 virusuna yoluxmuş 160-dan çox şəxs müalicə alır, onlardan 16-sı reanimasiya şöbəsindədir. Reanimasiyaya yerləşdirilən xəstələr süni tənəffüs və ya SİPAP aparatlarına qoşulub”, – deyə, N.Əliyev qeyd edib.
Xəstələrin yaşından danışan həkim xəstəliyin son zamanlar xeyli cavanlaşdığını söyləyib. Onun sözlərinə görə, müəyyən bir yaş kateqoriyasını təyin etmək mümkün deyil – koronavirus bütün yaş qruplarından olan insanlar üçün təhlükəlidir.
N.Əliyev bildirib ki, xəstəxananın müxtəlif şöbələrində ümumilikdə yeddi infeksionist işləyir. Onların vəzifəsi müalicə təyin edərək, xəstəliyin inkişafının dinamikasını müşahidə etməkdir.
“Xəstəyə ancaq infeksionist müalicə yaza bilər. COVID-19 xəstələri üçün əsas müalicə protokolu antivirus terapiyasıdır. Ehtiyac yaranarsa, antibakterial müalicə təyin edirik. Müalicənin gedişində yanaşı xəstəliklər də diqqətdə saxlanılır. Koronavirus xəstələrinin müalicəsi üçün müxtəlif ixtisaslardan olan həkimlər cəlb olunur. Əsas şərt baza tibb təhsilinin olmasıdır. Həkimlər xəstələrin vəziyyətini izləyir. Ümumiyyətlə, Azərbaycanda dar ixtisaslı həkimlər də daxil olmaqla, yoluxucu xəstəliklər üzrə təhsilli mütəxəssislər çatışmır”, – deyə, həkim-infeksionist vurğulayıb.
N.Əliyev xatırladıb ki, pandemiyanın başladığı vaxt ümumi müalicə sistemi yeni qurulurdu, daha çətin şəraitdə işləmək məcburiyyətində qalırdılar: “İnsanlar qorxu, vahimə içində idilər. Hansısa məqamda biz həkimlər də qorxmuşduq. Bu günə qədər istirahət günləri də daxil yaxınlarımızı və dostlarımızı görmək imkanından məhrum olmağımıza baxmayaraq, koronaviruslu xəstələrin müalicəsini həyata keçirməkdə davam edirik. Bizim üçün ayrılmış xüsusi karantin hotelində yaşayırıq. Xüsusən yay aylarında geyinilməsi dözülməz olan qoruyucu kostyumlarda işləyirik. Güman edirik ki, bu iş rejimi ilin sonuna qədər davam edəcək”.
N.Əliyev üçün pandemiya ilə mübarizədə ən çətin məqam psixoloji amildir. Gözünün qarşısında xəstələrin boğulduğunu görmək və onlara kömək edə bilməmək ağırdır.
Həkim koronavirusa yoluxmuş həmkarlarının sayından narahatlıq keçirsə də, bu kateqoriyalı xəstələrlə işləməkdən imtina etmək fikrində olmadığını etiraf edib: “Həyatları üçün məsuliyyət daşıdığım xəstələrin taleyi məni narahat edir. Bəzən hətta düşünürəm ki, başıma bir iş gəlsə, onların taleyi necə olacaq?”
Həkim-infeksionist qeyd edib ki, zamanla koronavirus Azərbaycanda daha aqressiv hala gəlib: “Ölkəmizdə pandemiyanın nə zaman səngiyəcəyini söyləmək mümkün deyil. Biz o həddə gəlmişik ki, hər evdən bir nəfər koronavirusdan vəfat edə bilər. Bu səbəbdən gənclərimizdən və yaşlı vətəndaşlardan xahiş edirəm ki, özlərini qorusunlar, bütün profilaktik qaydalara əməl etsinlər. Bununla siz infeksiyaya qarşı mübarizə aparan həkimlərimizə dəstək vermiş olursunuz”. /Media.Az /
19:21 / 17 Noyabr 2026
20
19:14 / 17 Noyabr 2026
46
19:09 / 17 Noyabr 2026
60
19:06 / 17 Noyabr 2026
131
18:57 / 17 Noyabr 2026
75
18:55 / 17 Noyabr 2026
80
18:50 / 17 Noyabr 2026
80
18:40 / 17 Noyabr 2026
316
18:38 / 17 Noyabr 2026
80
18:28 / 17 Noyabr 2026
85
18:21 / 17 Noyabr 2026
93
17:59 / 17 Noyabr 2026
100
17:49 / 17 Noyabr 2026
93
16:51 / 17 Noyabr 2026
115
16:34 / 17 Noyabr 2026
124
16:29 / 17 Noyabr 2026
116
16:21 / 17 Noyabr 2026
137
16:12 / 17 Noyabr 2026
117
15:57 / 17 Noyabr 2026
152
15:43 / 17 Noyabr 2026
169
15:12 / 17 Noyabr 2026
147
15:07 / 17 Noyabr 2026
148
14:52 / 17 Noyabr 2026
190
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.