Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
25807
az

Bu qadınların ana olmaq şansı yoxdur? - Süni mayalanma üzrə mütəxəssislə MÜSAHİBƏ

14:0205 Mart, 2020
798
MÜSAHİBƏ
  • A

Memorial Xəstəxanasının Bahçeli Evler şöbəsində çalışan süni mayalanma üzrə ekspert, Qadın xəstəlikləri və doğum mütəxəssisi Özkan Özdamar süni mayalanmada ən son tibbi yeniliklərdən danışıb.

Leyla Medical Center"in (keçmiş Leyla Şıxlinskaya Klinikası) təşkilatçılığı ilə keçirilən Perinatal Təbabət üzrə Beynəlxalq Bakı Konfransında çıxış etmək üçün Bakıya gələn mütəxəssis Publika.az-a verdiyi müsahibəsində süni mayalanmanın uğurlu alınmasına təsir edən vacib amillərdən danışıb.

- Özkan bəy, süni mayalanma hansı hallarda alınmır?

- Sonsuzluğu olan pasientləri doğru dəyərləndirmək lazımdır. Düzgün və erkən dönəmdə qoyulan diaqnoz xəstəyə təyin olunan müalicənin uğurlu olmasına birbaşa təsir edir. Baş vuran xəstələrin profilinə baxdığımız zaman aşağı yumurtalıq rezervi olan, eyni zamanda uşaqlıq içi pozğunluğu ilə üzləşənlərin daha çox gəldiyini görə bilərik.

Dövrümüzdə tibbin inkişafı sayəsində süni mayalanmanın alınmadığı xəstələr azalıb. Amma təəssüf ki, uşaqlığı doğuşdan olmayan və ya uşaqlığında ağır anormallığı olan qadınlar hamilə qala bilmir. Çünki uşaqlıq transplantasiyası hələ tətbiq olunmur, bu barədə yalnız sınaq əməliyyatları keçirilir.

Sperma hüceyrəsi tapa bilmədiyimiz kişilərin də övlad sahibi olmaq şansı yoxdur. Eyni zamanda bəzi qadınlar erkən yaşda yumurtalıq yaşlanması ilə qarşı-qarşıya qalır və bu da onların hamilə qalmaq şansını əlindən alır.

 

- Qadınlarda yumurta hüceyrəsinin erkən yaşlanmasının səbəbi nədir?

- Bu, genetik meylliliklə əlaqəlidir. Təəssüf ki, yumurtaların erkən yaşlanmasının qarşısını alan hər hansı üsul mövcud deyil. Çünki DNT-yə müdaxilə etmək şansımız yoxdur. DNT-dəki bəzi zərərlər və ya genlərdəki mutasiyalar genetik olaraq qadınlarda erkən yumurtalıq yaşlanmasına səbəb olur. 20-30 yaşlı pasientlər var ki, yumurtalıqları menopoz səviyyəsində geriləyə bilir. Və onlara tətbiq edə biləcəyimiz hər hansı müdaxilə üsulu yoxdur...

 

- Yumurta rezervi olmayan qadına başqa bir qadının bir və ya daha çox yumurta hüceyrəsi köçürülə bilərmi?

- Bəli, bu əməliyyata yumurta donasiyası deyilir. Kişilərdə də sperma köçürülməsi mümkündür. Lakin əməliyyat bir çox Avropa ölkələrində qanuni deyil.

- 35 yaşdan sonra normal olaraq bütün qadınlarda yumurta sayı tədricən azalır. Bəs yumurtaların yaşlanmasını sürətləndirən amillər varmı, varsa hansılardır?

- 35 yaşdan sonra bütün qadınlarda vücud yaşlandığı kimi, yumurtalıqlar da yaşlanır. Üz dərisinin qırışmasına, saçların ağarmasına təsir edə bilmədiyimiz kimi, yumurtalıqların da yaşlanmasına əngəl olmaq şansımız yoxdur.

Əlbəttə ki, yaşam tərzi və qidalanmanın rolu danılmazdır. Xüsusilə yumurtalıq yaşlanmasında bəzi faktorlara diqqət etməlisiniz. Araşdırmalar göstərib ki, siqaret yumurtalıqların yaşlanmasını sürətləndirir. Çünki siqaret çəkən qadınlarda erkən yumurtalıq yaşlanması olmasa belə, yumurta sayı ciddi şəkildə azalmağa başlayır və onların keyfiyyəti aşağı düşür. Dolayısı ilə süni mayalanmanın uğurlu alınması üçün qadınlara siqareti atmağı tövsiyə edirik.

Bununla yanaşı təzə meyvə və tərəvəzlə qidalanmaq yumurta yaşlanmasını bir qədər azalda bilər. Amma bu sahədə əlimizdə yetərli və güclü araşdırmalar yoxdur. Təbii ki, xəstələrə sağlam qidalanmağı məsləhət görürük, amma erkən yumurtalıq yaşlanmasını əngəlləyə bilən ciddi müalicə üsulu hələ tapılmayıb.

- Tibbdən uzaq bir sual vermək istəyirəm. Soğan suyu qadın xəstəliklərinin, xüsusilə uşaqlıq xərçənginin qarşısının alınmasında effektiv vasitə kimi göstərilir. Bu sualı verməyimin səbəbi sosial şəbəkələrdə soğan suyunun faydaları barədə bir çox video və məlumatların yayılmasıdır.

- Türkiyədə ona "soğan kürü" deyilir. Bizdə də "soğan kürü"nü tətbiq edən bir çox qadın var, gələn xəstələr etiraf edir ki, faydasını görüb. Soğan suyunun tərkibində faydalı maddələr olduğunu hamımız bilirik. Lakin yumurta sayı və keyfiyyəti bir çox amildən asılıdır. Bu faktorların ən başında genetik quruluş dayanır. Əgər qadın genetikası yumurtaların erkən yaşlanmasına meyllidirsə, onu dayandırmaq cəhdləri əbəsdir. İstədiyiniz qədər soğan suyu içsəniz də, qarşısını ala bilməyəcəksiniz.

 

Tibbdə xəstələrə tətbiq olunan müalicələrin elmi sübuta söykənməsini istəyirik. Bu, həm müalicənin təsirli olmasına, həm də xəstəyə zərər verməmək baxımdan mühümdür.

- Süni mayalanma müalicəsində tətbiq olunan ən son yeniliklər nələrdir?

- Son illərdə istifadə edilən ən son yeniliklər embrionların dondurulmasıdır. Buna böyük ehtiyac var. Çünki bəzi qadınların yumurtalıqları süni mayalanmaya hədsiz reaksiya verir. Bu qadınlarda uşaqlığın içinə embrionu yerləşdirsəniz, hamiləliyin ifraz etdiyi hormonların vəziyyətini daha da şiddətləndirərək onların həyatını təhlükəyə ata bilərsiniz. Ən çox bu vəziyyətin qarşısını almaq üçün embrionların dondurulması üsuluna baş vururuq.

Digər hallarda əldə etdiyimiz embrionlar uşaqlığın içinə transfer üçün uyğun deyilsə, yenə embrion dondurma metoduna müraciət edirik. Əvvəllər tətbiq olunan yavaş dondurma metodları günümüzdə istifadə olunmur, artıq laboratoriyalarda sürətli dondurma aktualdır. Əldə etdiyimiz embrionların trofoblast hüceyrə təbəqəsindən aldığımız bir neçə hüceyrənin genetikasını təhlil edirik. Və bunlar arasından xromosom quruluşu normal səviyyədə olanlarını uşaqlıq içinə transfer edirik.

Eyni zaman PGD deyilən genetik müayinə yenilik olaraq qarşımıza çıxır. Onun indikasiyaları dəqiq olmasa da, günümüzdə ən çox istifadə edilən üsuldur.

Süni mayalanmanın uğurunu artıran digər bir yenilik - laparoskopik və histeroskopik metodlardır. Bunlar sonsuz qadınlara ən az zərər verərək etdiyim üsullardır. Məsələn, uşaqlığında polip və ya mioması olan qadınlarda histeroskopik yolla polip və miomalar alınır.

Embrioskopik - əldə edilən embrionların inkişafının mütəmadi olaraq izləndiyi metoddur. Bu da süni mayalanmanın uğurlu alınmasına təsir edən yeniliklərdən biridir. Beləliklə embrion dəyərləndirməsinin pH balansı və nəm dəyişikliyinə səbəb olmadan daim kamera vasitəsilə izlənməklə minimum zərər görməsi təmin edilir.

- Süni mayalanma sahəsində tətbiq olunan üsullar nə qədər inkişaf etsə də, qadınları bir sual həmişə narahat edir. Məsələn, 20 yaşlı qadının təbii yolla dünyaya gətirdiyi uşaqla, 37 yaşlı süni mayalanma yolu ilə dünyaya gələn körpə eyni dərəcədə sağlamdır? Yoxsa onların sağlamlığı genetik koddan asılıdır?

- Qadının yaşı irəlilədikcə xromosom pozğunluğuna meyllilik artır. Bunların başında trizomi 18, 21, 13 və ya digər adı daun olan sindromlar gəlir. Saydığım sindromların çoxluğu qadının yaşı ilə birlikdə artmaqdadır.

 

Lakin bəhs edilən xromosomda anormallıq yoxdursa, 30-40 yaşlı qadından süni mayalanma yolu ilə və ya 20 yaşlı qadından təbii yolla dünyaya gəlməsindən asılı olmayaraq, uşaqların sağlamlığı aralarında ciddi fərq ortaya çıxmır. Əgər xromosom pozğunluğu yoxdursa, süni mayalanma yolu ilə doğulan uşaqların inkişafında heç bir problem yaşanmır.

- Yəni, qadının yaşı artdıqca xromosom anormallıq riski yüksəlir.

- Bəli, gec yaşda ana olan qadınların daun sindromlu uşaq dünyaya gətirmə ehtimalı yüksəkdir. Biz qarşısını almaq üçün yaşı 35-i ötən xanımlara PGD-ni (preimplantasiya genetik diaqnoz) məsləhət görürük. Və ya hamiləlikdə prenatal testləri həyata keçiririk. Xromosom pozğunluğunun artmış riski səbəbilə testlərin edilməsi çox vacibdir. Bu testlərdən sonra bir neçə önləyici tədbirin görülməsi lazım gələ bilər.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sürix Universitetinə qəbul olan azərbaycanlı danışdı -MÜSAHİBƏ
“Birbank Star-la müştərilərimizə sadəcə kart deyil, həyatlarını asanlaşdıracaq təcrübə təqdim edirik”
Fərid Hüseynov: “Kapital Bank olaraq 150 illik təcrübə ilə gələcəyin innovasiyalarına yol açırıq” -Müsahibə

Dünyanın ən uzun və ən qısa qadını ilk dəfə bir arada -VİDEO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
Sahibkarın 70 min manatını mənimsəyib"TikTok"da    hədiyyələrə    xərclədi