Qaynar xətt:

(+99450) 247 90 86

“Rusiya düşmənimizə 400 ton silah, SMERÇ, SKAD, "İsgəndər" verəndə bizi dəstəkləyirdi?”- Hərbi ekspert  

news/2026_02_16/whatsapp_image_2026_02_16_at_144827_1771248239.jpeg

MÜSAHİBƏ

172

16.02.2026, 17:20

Əvvəlki məqalələrimizdə  bildirmişdik ki, ABŞ-Azərbaycan yaxınlaşması,  ABŞ-nin  vitse-prezidenti Ceyms Devid Vensin Bakıya səfəri Rusiya tərəfindən  qəzəblə qarşılanacaq.

Yəqin elə bu səbədəndir ki, Kremlin danışan dillərindən biri olan Aleksandr Duqin Rusiyanın  Azərbaycanın Qarabağı geri almaqda dəstəklədiyini bildirib.

Oxu24.com -un bu mövzu ilə bağlı suallarını  Vətən Müharibəsi iştirakçısı, ehtiyatda olan polkovnik-leytenant, hərbi-siyasi ekspert Elmar Hüseyn cavablandırıb.

- Cənab polkovnik, ilk dəfə deyil ki, rus əsilli, Rusiya vətəndaşı  olan  ictimai  və yaxud siyasi xadimlərin belə bir iddiasını  eşidirik. 

 -Birmənalı olaraq qeyd edirəm:Qarabağı  Ali Baş Komandan İlham Əliyevin  rəhbərliyi altında Azərbaycan Ordusu  işğaldan azad edib. Təbii ki,  Azərbaycan qardaş və dost ölkələrin siyasi dəstəyini alıb. Amma işğala Azərbaycan Ordusu  son qoyub. Hətta,ermənilər iddia edirdi ki, guya  başqa ölkələrin  orduları da bu müharibədə iştirak edib. Amma göründüyü kimi nə dünya ictimaiyyəti, nə ermənilər özü  son 5 ildə bu iddiaya aid bir  fakt ortaya qoya bilməyib.Çünki  müasir dünyanın nə  kosmik kəşfiyyat vasitələri, nə radiodinləmələr, nə fiziki kəşfiyyat orqanları, Qarabağın azad olunmasında 2-ci bir dövlətini ordusunun  varlığını təsdiq etmədi . Etsəydi,  yəqin ki, bu görüntüləri sosial mediadan izləmiş olardıq.

-Bəli, elə ermənilər deyə-deyə qaldılar, fakt tapa bilmədilər.

-Bu o deməkdir ki, Azərbaycanın   ordusu öz ərazilərini qorumaq  gücündədir.   

Üstəlik, bütün dünya, bütün sivil insanlar anlayırdı ki, Qarabağ min illərdir ki, Azərbaycan ərazisidir, ermənilər ora Çar Rusiyası tərəfindən köçürülüb.  Amma buna baxmayaraq, Azərbaycanın haqq işini ancaq  ədaləti olan ölkələr dəstəklədi. Beləliklə,   Azərbaycan xalqı, ordusu  dəmir yumruq ətrafında  birləşdi və 28 il  düşmən işğalında inləyən torpaqlarımızı geri qaytardı. Şəhidlərimizin ruhu qarşısında baş əyirik, qazilərimizə can sağlığı arzulayırıq. Çünki biz vətən torpağının azadlığı üçün ancaq onlara və cənab  Prezidentə borcluyuq.  

Məlumdur ki, rus ordusunun bölmələri  -Rusiya sülhməramlıları  Azərbaycana  2020-ci ilin  noyabrın 10-da daxil olub. Ermənilər müharibədə məğlub olandan sonra... 

-Bunu Duqin və bu fikirdə olanlar yaxşı bilir. Amma  niyə belə  danışırlar anlamırıq...

Belələrinə sual vermək lazımdır:  Əgər Rusiya Azərbaycana kömək edirdisə, Tovuz hadisələri zamanı Ermənistana niyə silah daşıyırdı? İyulun 16-dan başlayaraq Rusiyanın İl-76 hərbi-nəqliyyat təyyarələri Qazaxıstan, Türkmənistan və İranın hava məkanından keçməklə Ermənistana bir neçə reys həyata keçirdilər. Həmin təyyarələr Ermənistana “Krasuxa” radioelektron mübarizə vasitələri, “Nebo-M” radar kompleksləri və digər hərbi texnika çatdırıb. Daşınan hərbi yüklərin ümumi həcmi 400 tondan çox idi. Bu idimi Rusiyanın Azərbaycana  göstərdiyi dəstək?  44 günlük müharibə dövründə azərbaycanlıların   yaşayış məntəqələri -Gəncə, Bərdə, Tərtər, Agcabədi, Goranboy, Mingəçevir  və bir bira bölgələrimiz  ballistik raketlərdən atəşə tutuldu. O silahlar bilirsinizmi, hansı ölkəyə məxsusdur? Rusiyaya!  Məsələn, Gəncənin mülki əhalisinə qarşı 11 oktyabrda  endirilən ballistik raket zərbəsi nəticəsində 10 nəfər həlak oldu, 34 nəfər yaralandı.  Gəncə məhz  Rusiya silah arsenalına məxsus “SKAD” (Elbrus) raketi ilə vuruldu.

Səhv etmirəmsə, Bərdə də Rusiya silahları ilə vuruldu...

 - Bəli, 1 ədədinin qiyməti 12 milyon dollar olan , 72 ədəd 9N235 saylı, ümumilikdə 144 bombacıq olan "Smerç" kimin idi?  2020-ci il oktyabrın 27-də Bərdə rayonunun Qarayusifli kəndinə, oktyabrın 28-də isə Bərdə şəhərinə atılan, 27 insanın həyatını məhv edən  SMERÇ raketləri  Rusiya silahları  deyildimi? Bunlar Ermənistana  dəstək deyildimi?

 Axı,  müharibə  Ermənistan ərazisində deyil, Azərbaycanın suveren ərazisində  gedirdi. Prezident İlham Əliyev Qənimətlər Parkında paytaxta tərəf atılan “İsgəndər M”  ballistik raketini Ermənistana kim hədiyyə etdiyini qətiyyətlə soruşmuşdu. Bu sual hələ də cavabsız qalıb. Daha sonra post -müharibə dövründə separatçı qüvvələrin  silahlarını təhvil verməsini , Qarabağı tərk edilməsini təmin etmək Rusiya Sülhməramlı qüvvələrinin öhdəliyi idi, amma   bu öhdəlik Rusiya tərəfindən birmənalı olaraq yerinə yetirilmədi. 

Müharibədən sonra “sülhməramlıların” ermənilərə xidmətini də izlədik.  Özgənin torpağında ev sahiblərinə qarşı 30 ildir düşmənçilik edən erməniləri Qarabağda saxlamaq üçün   nə oyunlardan çıxdığını, humanitar yardımlar, müalicə- profilaktika   kampaniyaları,  dərman, ərzaq, enerji ,  geyim  hədiyyələri  ilə  erməniləri yenidən azərbaycanlılara qarşı mövqe tutmağa həvəsləndirirdilər. 

Duqin hələ 2017-ci ildə  açıqlama vermişdi ki,  Qarabağda müharibə olarsa, Rusiya Ermənistanı dəstəkləməyəcək: "Lakin Azərbaycanın da Qarabağı qaytarması istisnadır”. Duqin  həmin vaxt faktiki status-kvonun Rusiyaya əlverişli olduğunu söyləmişdi.  Demişdi ki, beynəlxalq ictimaiyyət Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq tanıyır, lakin kimsə Qarabağda status-kvonu dəyişdirmək istəsə, biz müharibəyə müdaxilə etməyə məcbur olacağıq, bu isə hamının itki verməsi deməkdir. 

Mən yenə də qeyd edirəm, Qarabağı  başda Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, Azərbaycan xalqının dəstəyi, Azərbaycan ordusunun rəşadəti  sayəsində geri aldıq. 

 - Elmar müəllim, ətraflı müsahibəyə görə təşəkkür edirik.

Əntiqə Rəşid