Deputat Fazil Mustafa ilə MÜSAHİBƏ
05 May 2026, 15:20
Qaynar xətt:
(+99450) 247 90 86
MÜSAHİBƏ
1013
16.02.2026, 11:43
Qondarma “artsax xalqının əsas hüquqlarının müdafiə komitəsinin” üzvü, özünü “beynəlxalq hüquqşünas” adlandıran Qarnik Kerkonyan erməni mediasına açıqlama verib.
O, iddia edib ki, 1088 səhifəlik hesabat hazırlayıblar və hazırda məhv olmaq, silinmək və ya səhv aid edilmək riski altında olan 5658 qədim erməni mədəni və dini məkanı sənədləşdirilib.
Məsələ ilə bağlı Oxu24.com-un suallarını AMEA-nın Tarix İnstitutunun əməkdaşı, Azad Edilmiş Ərazilərdəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə təşkilatı ictimai birliyinin sədri, professor Faiq İsmayılovun cavablandırıb.
O, bildirib ki, Qarnik Kerkonyanın siyahısında hansı “erməni erməni abidəsi” olduğunu bilmir, amma anlayırır ki, yeni uydurulmuş nağılları yenə “fakt” kimi ortaya atıblar.
"Bu xalqın qaranlığa sürükləyən hər zaman öz beyinlərində yaratdıqları əsli olmayan, heç bir fakta, sübuta əsaslanmayan nağıllar quraşdırması , ona inanması və nəhayət o nağıl uğrunda mübarizə aparmasıdır. Əslində ermənilər özləri də anlayır ki, hayların Qafqaza gəlişi 1813-1828-ci illərdən hesablanır. Onlar dəqiq bilirlər ki, Qarabağ ərazisində qədimliyi ilə seçilən xristian abidələri xristianlıqdan əvvəl və sonrakı dövrlərin zəngin tarixi yaddaşıdır. Müsəlman dininin Azərbaycanda var olmadığı vaxtlarda ibadətə açıq olan belə xristian kilsələr , abidələr türk -oğuz tayfalarının ruhunu yansıdır. Bu abidələrin hər birində Azərbaycan xalqının tarixi, milliliyi, adət-ənənələri süzülür. Sovet dönəmində Laçın rayonunun Kosalar kəndindəki Ağoğlan məbədi Qafqaz Albaniyası dövrünə aiddir. İnşa tarixi IV-V əsrlərə aid edilir. IX əsrdə təmir edilməsi haqqında məlumatlar var. İşğal dövründə mühafizə divarı dağıdılmış, divar yazı nümunələri dəyişdirilmiş, məbədin ətrafına 4 qəbir daşı düzülmüşdür. Təmir olunaraq erməni kilsəsi kimi təqdim edilir.
Laçın rayonunun Kosalar kəndində tarixi IV-V əsrlərə aid edilən, Qafqaz Albaniyası dövrünə aid olan qədim bir kilsəmiz var. Adı da Ağoğlan məbədi! Ermənilər Qarabağı İşğal etdikdən dərhal sonra oğuz türklərinin bu torpaqdakı qədimliyini isbat edən həmin abidəyə hücum etdilər. Əvvəl mühafizə divarı dağıdıldı, divar yazı nümunələri dəyişdirildi, məbədin ətrafı da tamamilə dəyişdirildi. Bir sözlə, abidəyə elə mala çəkdilər ki, abidə tanınmaz oldu və 28 il dünyaya erməni kilsəsi kimi təqdim edildi. Qarabağda yüzlərlə belə abidəmiz var ki, erməni işğalı onları tamamilə dəyişib. Guya erməniləşdirib. Amma anlamırlar ki, o abidələr işğaldan əvvəl araşdırılıb, yekun nəticə əldə edilib, fotoları var. Sən “erməni abidəsi” deməklə deyil ki... Ümumiyyətlə, ermənilər Qarabağda 700-dən çox qədim Qafqaz Albaniyasnın memarlığına aid tarix və mədəniyyət abidələrinin dəyişdirib, dəyişdirə bilmədikdə isə tamamilə uçurublar. Xüsusən o abidələri uçurublar ki, onları “qədim erməni” abidəsi kimi düzəltmək, dəyişmək mümkün deyil. Bundan başqa bu işğalçı zehniyyət 28 illik işğal dövründə Azərbaycan əraziləridə ucaltdıqları kilsə, məbəd və dini mərkəzləri də “qədim erməni “ tarixi kimi qeydiyyata alıblar ki, bu da absurd bir addımdır. Məsələn, 7 aprel 2019-cu ildə Xankəndidə "Müqəddəs Məryəm ana" kilsəsinin açılışı olub, hətta ermənilər o vaxt fəxrlə yazırdı ki, II Qaregin də o açılış mərasimində iştirak edib. Əminəm, Qarnik Kerkonyanın xəstə təxəyyülünün məhsulu olan o “qədim erməni abidələri” siyahısında "Müqəddəs Məryəm ana" kilsəsinin də adı var. Bir sözlə, bütün dünya bilir ki, Qarabağ Azərbacanın bir hissəsidir və Azərbaycan öz ərazisində onun icazəsi olmadan tikilən istənilən tikilini sökmək ixtiyarı var . Azərbaycan tarixini qədim nümunələri olan tarixi abidələr isə mütləq bərpa olunmalı, işğaldan əvvəlki görkəminə gətirilməlidir” -deyə Faiq İsmayılov vurğulayıb.
Əntiqə Rəşid
19:36 / 10 May 2026
3
18:54 / 10 May 2026
196
18:31 / 10 May 2026
51
17:59 / 10 May 2026
132
17:51 / 10 May 2026
62
17:49 / 10 May 2026
143
17:37 / 10 May 2026
63
17:29 / 10 May 2026
275
17:19 / 10 May 2026
181
14:29 / 10 May 2026
90
14:25 / 10 May 2026
86
12:25 / 10 May 2026
753
12:22 / 10 May 2026
91
00:41 / 10 May 2026
384
00:37 / 10 May 2026
2871
00:33 / 10 May 2026
164
00:20 / 10 May 2026
422
00:18 / 10 May 2026
152
00:15 / 10 May 2026
147
00:05 / 10 May 2026
310
23:58 / 09 May 2026
1164
23:55 / 09 May 2026
138
23:54 / 09 May 2026
237
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.