ATXƏM sədri: “Azərbaycan-Türkiyə dostluğuna xələl gətirmək mümkün deyil”
28 Sentyabr 2026, 13:46
Qaynar xətt:
(+99450) 247 90 86
MÜSAHİBƏ
1255
13.02.2026, 18:29
Sosial şəbəkələrdə tezliklə qiyamətin baş verəcəyini iddia edən paylaşımlarla qarşılaşırıq. Elə media da ara-sıra belə məlumatlar dərc edir. Bu da haqlı olaraq əhali arasında bəzən mənəvi və psixoloji hallar yaradır, ruh düşkünlüyünə səbəb olur.Bəs,bunlar nə dərəcədə dini köklərə əsaslanır?
Oxu24.com -un suallarını ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Əkrəm Həsənov cavablandırıb.
-Əkrəm müəllim, qiyamətin əlamətləri ilə bağlı səsləndirilən fikirlər nəyə əsaslanır?Bunun dini tərəfədn cavabı varmı?
-Bəli, son günlər sosial şəbəkələrdə və bəzi media resurslarında qiyamətin yaxınlaşdığı ilə bağlı iddialar yayılır. Həm də ardıcıl şəkildə.Bu mövzuda danışarkən ilk növbədə Qurani- Kərimin qoyduğu əsas prinsipi xatırlatmaq lazımdır. "Əraf"surəsi 187-ci ayədə açıq şəkildə bildirilir ki, qiyamətin vaxtını yalnız Allah bilir. Heç bir peyğəmbər, heç bir alim onun tarixini bilməz. Bu ayə mövzunun çərçivəsini müəyyən edir.
-Əkrəm müəllim mən bir hədis oxumuşdum , deməli, Hz.Peyğəmbər orada deyir ki, "əmanət zay edildiyində /itirildiyində qiyaməti gözlə". Adam, "əmanətin zay edilməsi nədir" deyə soruşdu. Hz. Peyğəmbər, "iş / vəzifə layiq olmayana təhvil verildiyində, qiyaməti gözlə" buyurdu ." Məncə, bu tip hədislər əslində “qiyamət”in var olduğundan xəbər verir...
-Haqlısınız, əslində Peyğəmbərimizdən gələn səhih hədislərdə dəqiq vaxt göstərilməsə də, amma bənzər məqamlar vurğulanır. Səhih Buxari və Səhih Müslimdə rəvayət edilən Cəbrail hədisində qiyamətin vaxtı soruşulduqda Peyğəmbər buyurur ki, bu barədə soruşulan soruşandan daha çox bilmir. Bu ifadə göstərir ki, qiyamətin konkret zamanını müəyyən etmək cəhdi dini baxımdan əsassızdır. Hədislərdə qiyamətin bəzi əlamətləri zikr olunur. Lakin klassik alimlər bu əlamətlərin baş verməsini müəyyən tarixlə əlaqələndirməyiblər. İmam Nəvəvi və İbn Kəsir kimi alimlər bildiriblər ki, əlamətlərin bir qismi tarix boyu müxtəlif dövrlərdə müşahidə olunub. Müharibələr, fitnələr, əxlaqi zəifləmə, ədalətsizlik insanlıq tarixinin fərqli mərhələlərində yaşanıb. Hər çətin dövr qiyamətin dərhal baş verəcəyi anlamına gəlmir.
-Bəzi ilahiyyatçılar qeyd edir ki, hazırda yer kürəsində hər gün dəhşətli xəbərlərini eşitdiyimiz zəlzələlər elə qiyamətin əlamətidir. Bu belədirmi?
-Quranda Zilzal surəsi var. Bəli 8 ayədən ibarət surə dilimizə belə tərcümə edilib:
1.Yer özünə məxsus bir şiddətlə lərzəyə gəlib titrəyəcəyi zaman;
2. Yer öz ağır yüklərini çıxardıb atacağı zaman;
3. İnsan (təəccüblə): “Buna (bu yerə) nə olub?” -deyəcəyi zaman
4. Məhz o gün (yer) öz xəbərlərini (başına gələnləri) söyləyəcəkdir,
5. Çünki (bunu) ona sənin Rəbbin vəhy etmişdir (buyurmuşdur) !
6. O gün insanlar əməllərinin özlərinə göstərilməsi üçün (qəbirlərindən məhşərə) dəstə-dəstə çıxacaqlar! (Cənnətliklər sağ tərəfdə, cəhənnəmliklər isə sol tərəfdə olacaqlar).
7. Kim (dünyada) zərrə qədər yaxşı iş görmüşdürsə, onu (onun xeyrini) görəcəkdir (mükafatını alacaqdır).
8. Kim də zərrə qədər pis görmüşdürsə, onu (onun zərərini) görəcəkdir (cəzasını çəkəcəkdir). Surənin bu 8 ayəsində diqqətlə təhlil etsək görərik ki, əslində surə insanları qorxutmur. Surədə əsas diqqət vaxt məsələsi də deyil! Burada məqsəd insanın əməl məsuliyyətinə yönləndirməkdir. Kim zərrə qədər xeyir və ya şər iş görsə, onun qarşılığını görəcək. İslamın mesajı tarix təyin etmək deyil, məsuliyyətli yaşamaqdır. Bu səbəbdən qiyamətin yaxınlaşdığı ilə bağlı konkret tarix və ya qəti proqnoz vermək nə Qurana, nə də səhih sünnəyə əsaslanır. Mömin üçün əsas olan təşviş yaymaq deyil, imanını və əməlini düzəltməkdir. Qiyamətin vaxtı deyil, insanın hazır olub olmaması əhəmiyyətlidir.
- Əkrəm müəllim, geniş və maraqlı məlumata görə təşəkkür edirik!
Əntiqə Rəşid
02:00 / 02 Oktyabr 2026
70
00:03 / 02 Oktyabr 2026
99
23:54 / 01 Oktyabr 2026
86
23:41 / 01 Oktyabr 2026
98
23:12 / 01 Oktyabr 2026
103
23:00 / 01 Oktyabr 2026
106
22:53 / 01 Oktyabr 2026
91
22:52 / 01 Oktyabr 2026
93
22:50 / 01 Oktyabr 2026
166
22:42 / 01 Oktyabr 2026
84
22:31 / 01 Oktyabr 2026
93
22:24 / 01 Oktyabr 2026
125
22:18 / 01 Oktyabr 2026
236
22:07 / 01 Oktyabr 2026
99
21:42 / 01 Oktyabr 2026
93
21:41 / 01 Oktyabr 2026
111
21:31 / 01 Oktyabr 2026
92
21:29 / 01 Oktyabr 2026
108
21:26 / 01 Oktyabr 2026
236
21:25 / 01 Oktyabr 2026
82
21:19 / 01 Oktyabr 2026
89
21:15 / 01 Oktyabr 2026
84
21:08 / 01 Oktyabr 2026
81
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.