Azərbaycanda Məhərrəm ayı başlayıb
16 İyun 2026, 00:09
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
902
06.05.2026, 13:15
Yas və dəfn mərasimləri ilə bağlı cəmiyyətdə formalaşmış bəzi stereotiplər var.
Bunlardan biri də belə mərasimlərdə mütləq mollanın iştirak etməli olduğu düşüncəsidir. Əslində isə bu, dini baxımdan qəti tələb kimi qoyulmur. İslam ənənələrinə görə, vəfat edən şəxsin dəfni, onun üçün dua olunması və müəyyən dini ayinlərin yerinə yetirilməsi vacib sayılır.
Lakin bu ayinləri mütləq şəkildə yalnız din xadiminin icra etməsi şərt deyil. Əgər mərhumun yaxınları və ya ətrafında dini biliklərə malik biri varsa, həmin şəxs də bu mərasimləri yerinə yetirə bilər. Digər tərəfdən, tez-tez verilən suallardan biri də dini ayinlərin hansı dildə icra olunması ilə bağlıdır. Bir çoxları hesab edir ki, dəfn mərasimində oxunan dualar və Quran ayələri yalnız ərəb dilində səsləndirilməlidir.
Oxu24.com xəbər verir ki, İlahiyyatçı Tural İrfan Hit.az-a açıqlamasında deyib ki, İslam dinində, yəni dinin əsası olan Quranda, habelə Həzrət Muhəmməd Peyğəmbərin hədislərində yaxud o dövrün ənənəsində yas mərasimi anlayışı yoxdur:
“Bu, çox sonralar istismarçı ruhani sinfinin yaranmasından sonra meydana çıxıb. Odur ki, yasda məclis qurmaq, yemək vermək ənənəsi yaranıb. Həmçinin, bu yası idarə etmək üçün mütləq bir yaxud bir neçə mollanın iştirakını zəruri ediblər ki, bunun qarşılığında maddi qazanc əldə etsinlər. Ancaq bütün bunlar əsassız mövhumat və dini tədbirlə desək, xurafatdır.
İslama görə, hər bir müsəlman öz dininin qiblə, dua, sünnət, dəfn, qüsl kimi ayinlərini bilməli və yalnız özü bunları icra etməlidir. İslamda ruhani sinfi yoxdur. Yas zamanı da bu məsələləri müəyyən qədər mükəmməl bilən bir şəxs önə çıxıb duaları öz dilində, həmçinin digər məsələləri həll etməlidir. Cənazə namazı 3-4 cümlədən ibarət duadır ki, gündəlik namaz qılan hər kəs üçün bu asan məsələdir”.
Ekspert qeyd edib ki, hamının başa düşməsi üçün bütün dualar və ayinlər cəmiyyətin anladığı dildə aparılmalıdır:
“Sırf ərəbcə oxumaq yanlışdır. Çünki onu camaat da, çox zaman oxuyan özü də anlamır. Yasda mollanın iştirak etməsi əksinə mənfi haldır. Ona görə ki, dini yox, xurafatı təmsil edir. İsrafçı yas məclislərini əslində mollalar dəb salıb. Dəfn, yas zamanı əlavə dualar, lazımsız ayinlər qondarıblar ki, bu işi bir sənətə, peşəyə, qazanc mənbəyinə çevirə bilsinlər. Guya hamının icra edə bilməyəcəyi əməlləri yalnız molla sinfi icra edə bilər.
Bu, həm dini həm də xalqı istismar etməkdir. Odur ki, mollaya rüşvət vermək də əlavə günahdır. Ona görə hər kəs öz dinin qayda qanunlarını normal öyrənməli və lazım olduqda da icra etməlidir ki, istismarçı molla sinfinə rüşvət verməli olmasın. Yasda Quran oxumaq ümumiyyətlə vacib deyil. Sadəcə adətidir”.
İlahiyyatçı vurğulayıb ki, yaslarda dualar Azərbaycan dilində oxunmalıdır:
“Əgər molla camaatı bu məclisdə Allah kəlamı ilə tanış etmək istəyərsə Azərbaycan dilində oxunmalıdır ki, hamı başa düşsün. Əks halda, yasda ərəbcə Quran oxumağın nə ölüyə, nə diriyə xeyri yoxdur. Digər dualar da yenə Azərbaycan dilində oxunmalıdır. İstismarçı molla sinfinin əməlləri Sabir, Mirzə Cəlil zamanından xalqımıza məlumdur”.
00:09 / 16 İyun 2026
2
23:55 / 15 İyun 2026
21
23:42 / 15 İyun 2026
95
23:30 / 15 İyun 2026
28
23:30 / 15 İyun 2026
158
23:21 / 15 İyun 2026
73
23:11 / 15 İyun 2026
1793
22:54 / 15 İyun 2026
99
22:42 / 15 İyun 2026
384
22:37 / 15 İyun 2026
76
22:27 / 15 İyun 2026
167
22:12 / 15 İyun 2026
103
22:06 / 15 İyun 2026
177
21:00 / 15 İyun 2026
102
20:54 / 15 İyun 2026
77
20:44 / 15 İyun 2026
82
20:19 / 15 İyun 2026
342
20:01 / 15 İyun 2026
271
19:55 / 15 İyun 2026
129
19:49 / 15 İyun 2026
242
19:43 / 15 İyun 2026
1675
19:28 / 15 İyun 2026
215
19:20 / 15 İyun 2026
164
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.