Qaynar xətt:

(+99450) 247 90 86

Vensin regiona səfəri: Rusiya hansı planları hazırlayır? - Politoloq mühüm fakları AÇIQLADI  

news/2026_02_13/vens_baki_900x506_1770980635.jpg

MÜSAHİBƏ

194

13.02.2026, 15:03

ABŞ-nin  Vitse-prezidenti Cey Di Vensin  əvvəl Ermənistana,ardınca  isə Azərbaycana səfərlərindən sonra qonşu dövlətlərin münasibətləri  maraq doğurur. Xüsusən, Rusiyanın bu səfərə münasibəti gözlənilən idi. KTMT-nin  Birləşmiş Qərargah rəisi general-polkovnik Andrey Serdyukovun  Qərb ölkələrinin  Cənubi Qafqaz regionunda təsirlərini gücləndirməsinə  çalışmasından naratlığını biruzə verdi. O narahatçılığını belə biruzə verdi:” "Köhnə, həll olunmamış ziddiyyətlərin və yeni geosiyasi çətinliklərin kombinasiyası ilə xarakterizə olunan Qafqaz regionundakı vəziyyət xüsusilə narahatlıq doğurur”.

Oxu24.com -un bu mövzuda  suallarını politoloq Aydın Quliyev cavablandırıb. 

Aydın müəllim, rusiyalı general – polkovnikin bu  fikirləri  nəyə yönəlib?

-ABŞ-ın vitse-prezidentinin bölgə səfərinin Rusiyada narahatlıq yaratması təbii bir haldır.Çünki Rusiyada yaxşı başa düşürlər ki, prezident səviyyəsində bu bölgəyə  təşkil olunmuş səfər bütün hallarda bölgədəki reallıqların  geosiyasi balansını ABŞ-ın xeyrinə dəyişmək cəhdindən başqa bir şey deyil. Bu da Rusiyaya qəti şəkildə sərf edə bilməz. 

Bəs Cənubi Qafqaz  ölkələrinin  Rusiyaya meyilliyi nə dərəcədədir?

- Birinci Gürcüstanı analiz edək: - Gürcüstan indi xeyli dərəcədə  Rusiyaya loyal münasibət bəsləsə də, amma ölkənin siyasi qüvvələrinin,  xüsusilə də, cəmiyyətin  böyük bir hissəsində antirusiya əhval -ruhiyyəsi var və  Qərb yönümlüdür. Rusiya başa düşür ki, Gürcüstan istənilən vaxt onun əlindən  çıxa bilər. 

 - 2008-ci il işğalından sonra bu variant Gürcüstan üçün keçərlidir.Rusiyaya qarşı ölkədə pataloji bir nifrət olması heç kimə, hətta Rusiyaya da sirr deyil.  

Bəs, bu aspekdən Rusiyanın Ermənistanla  münasibəti necədir?

-Ermənistan artıq rəsmi dövlət səviyyəsində və hətta ictimaiyyətin də mühüm bir hissəsinin dəstəyi ilə Qərb  yönümlü siyasət götürdüyünü sərgiləyib. Amma Rusiyanın əvvəlki illərdə  Ermənistanla hər bir sahədə sıx  münasibətdə  olması  Ermənistana  təsir göstərmək üçün Rusiyaya xeyli rıçaqlar verib.  Ermənistanın Avrasiya İqtisadi Birliyinin üzvü olması təzyiqin bir vasitəsi ola bilər. Ermənistanın Türkiyə və İranla sərhədlərində Rusiya sərhədçilərinin mövcud olması, Gümrüdə Rusiyanın 102-ci hərbi bazasının yerləşməsi  Rusiyanın Ermənistana təzyiqin başqa bir vasitələri ola bilər. Ermənistanın dəmir yollarının və enerji sisteminin Rusiya konsepsiyasında olması  da, Rusiyaya şərait yaradır ki, bunlardan təzyiq kimi istifadə etsin.

 

Bakıdakı “Rus evi” məsələsindən və AZAL təyyarəsinin vurulmasından sonra  əlbəttəki Rusiya  Azərbaycana hansı münasibətdə olduğunu biruzə verdi. DUMA üzvlərinin “Bakını bombalayaq” təklifini də unutmuruq. Azərbaycanın   müstəqil fəaliyyətidir Rusiyanı qəzəbləndirən?

-Azərbaycan  əzəldən,  son 25 il ərzində bir mənalı olaraq müstəqil və bütün dövlətlərlə  balanslı bir siyasət aparır ki,  bu da Rusiyanın o qədər də ürəyincə deyil. Belə şəraitdə Amerikanın,xüsusilə də, Azərbaycan - Ermənistan arasındakı  normalaşma prosesinə aktiv dəstək verməsi Rusiyanın bu bölgədə  olan- qalan geosiyasi  üstünlüklərini də sıradan çıxardır. Buna görə də, Rusiyanın narahatlığı məhz bundan doğur. Amma Rusiya təbii ki, bu narahatlıqları aradan qaldırmaq üçün müəyyən addımlar atmağa çalışacaq,  amma bu addımların sırasında qondarma “artsax” probleminin yenidən alovlandırılması ehtimalı, fikrimcə, sıfıra bərabərdir .Rusiyanın müəyyən dairələrində bu variant mümkün ola bilər.Rusiyada  indi də elə qüvvələr var ki, keçmiş Dağlıq Qarabağdan könüllü köçüb Ermənistana getmiş insanlara Rusiyanın dövlət səviyyəsində humanitar yardımlar edir,  İrəvanda onlara maddi  dəstək verirlər.  Düzdür, açıq şəkildə “artsax”oyununu   siyasiləşdirə bilməsələr də, amma əldə ehtiyat bir kart kimi saxlayırlar. Yəni,  bu kartı  problemi  keçmiş formada olduğu kimi separatçı müstəvidə yenidən aktivləşdirilməsi cəhdi ola bilsə də, amma bunun heç bir perspektivi yoxdu. Düşünürəm ki, Rusiya Azərbaycana və Ermənistana təziq üçün başqa  vasitələr, başqa üsullar seçə bilərlər.

- Aydın müəllim suallarımıza ətraflı cavab verdiyiniz üçün təşəkkür edirik.

 Söhbətləşdi:Əntiqə Rəşid