“Mənə lazım deyil deyə bilməzsiniz, mən tamaşaçıya lazımam” İllər sonra vətənə qayıdan aktrisa
01 İyul 2026, 16:32
Qaynar xətt:
(+99450) 247 90 86
MÜSAHİBƏ
3006
09.02.2026, 16:02
İran ABŞ hərbi baza və obyektlərinə raket və pilotsuz uçuş aparatları ilə zərbə planı hazırlayıb.
Bu barədə xarici media məlumat yayıb.
Bu,reallaşarsa,hansı nəticələrə səbəb ola bilər?
Məsələ ilə bağlı politoloq Rəşad Bayramov Oxu24.com-a açıqlamasında bildirib ki,İranın ABŞ-ın müdaxiləsi halında regiondakı hərbi baza və obyektlərinə raket və pilotsuz uçuş aparatları ilə zərbə planı hazırlaması xəbərdarlığı, qarşılıqlı hərbi və siyasi hesablamaları bir daha diqqət mərkəzinə gətirir. İranın bu potensialı yalnız texnoloji cəhətdən deyil, strateji və taktiki baxımdan da ABŞ üçün ciddi təhlükə yaradır.
“Belə ki, İranın arsenalında müxtəlif mənzilli ballistik və qanadlı raketlər mövcuddur. Fateh, Zülfüqar, Sejil və Qiyam tipli raketlər regiondakı ABŞ bazalarının əksərini əhatə edir. Eyni zamanda, ucuz, lakin çoxsaylı və aşağı hündürlükdə uçan PUA-lar, məsələn, Şahed və Mohajer seriyalı uçuş aparatları müdafiə sistemləri üçün xüsusilə çətin hədəf yaradır. Şübhəsiz ki, İranın hərbi potensialı ABŞ bazaları üçün tam dağıdıcı imkana malik deyil, amma buna baxmayaraq müəyyən itkilər yaratmaq üçün yetərlidir.
ABŞ da bunu bildiyi üçün regiondakı bazaların yüksək səviyyədə qorunması istiqamətində addımlar atır. Regiona yerləşdirilmiş Patriot, THAAD və Aegis sistemləri hava və raket hücumlarına qarşı ciddi müdafiə təmin edir, peyk və erkən xəbərdarlıq infrastrukturu isə zamanında cavab imkanları yaradır. Bununla belə, PUA-ların aşağı hündürlükdə uçması, kütləvi hücumların effekti və bəzi bazaların coğrafi həssaslığı ABŞ müdafiəsini tam təmin etməyə imkan vermir. Yəni, başqa sözlə desək bazalar qorunur, lakin genişmiqyaslı hücum qarşısında tamamilə itkisiz qalmaq olduqca çətindir.
Odur ki, belə bir hücum baş verdiyi təqdirdə Yaxın Şərqdə təhlükəsizlik balansı dərhal dəyişəcək. ABŞ öz bazalarının toxunulmazlığı ilə bağlı imicin zərər görməməsi üçün bütün mümkün addımları atacaq. Əks halda imizin zədələnməsi region ölkələrinin Vaşinqtonun müdafiə gücünə yenidən qiymət verməsinə səbəb ola, İran və onun müttəfiqləri psixoloji üstünlük qazana bilərlər. Eyni zamanda, Livan, Qırmızı dəniz və Hörmüz boğazı kimi strateji məntəqələrdə regional eskalasiya riski arta bilər.
ABŞ-ın cavab addımlarına gəlidkdə isə bu çoxşaxəli ola bilər. Birincisi, hərbi addımlarla bağlıdır. İranın raket bazaları, PUA zavodları və komanda mərkəzləri hava zərbələrinə məruz qala bilər, kiberhücumlar və elektron müharibə üsulları da aktivləşdirilə bilər. İkincisi, regional koalisiya çərçivəsində İsrail və Körfəz ölkələri ilə birgə müdafiə və hücum planları icra edilə bilər.
Diplomatik həll yolllarına gəldikdə isə belə bir imkan hələ ki qalır. Son olaraq Omanda keçirilən görüş tərəflərin dialoqa açıq olduğunu göstərir. Başqa szölə gərginliyi dondurma və riskləri azaltma yolları hələ ki, mövcuddur. Amma hərbi eskalasiyanın baş verməməsi üçün ABŞ-ın nəsə əldə etməsi lazımdır. ABŞ-nin heç nə əldə etmədən geri çəkilməsi Tramp və onun adminstrasiyasının reytinqinə olduqca böyük zərbə ola bilər.
İranın raket və PUA potensialının ABŞ üçün təhlükə yaratmasına baxmayaraq hərbi üstünlük şübhəsiz ki, Vaşinqtondadır. İran da öz qərarlarında bu amili nəzərə alaraq addımlar atacaqsa, yəni ABŞ-ın nüvə şərtləri ilə bağlı güzəşt ortaya qoyacaqsa o zaman hərbi eskalasiyadan qaçmaq mümkün olacaq”,-deyə müsahib qeyd edib.
Çimnaz Telmanqızı
00:01 / 29 İyul 2026
3
23:54 / 28 İyul 2026
37
22:39 / 28 İyul 2026
41
22:39 / 28 İyul 2026
59
22:26 / 28 İyul 2026
66
22:20 / 28 İyul 2026
72
21:57 / 28 İyul 2026
63
21:48 / 28 İyul 2026
73
21:26 / 28 İyul 2026
69
21:05 / 28 İyul 2026
75
20:53 / 28 İyul 2026
67
20:26 / 28 İyul 2026
70
20:08 / 28 İyul 2026
70
19:48 / 28 İyul 2026
190
19:44 / 28 İyul 2026
84
19:38 / 28 İyul 2026
445
19:28 / 28 İyul 2026
552
19:24 / 28 İyul 2026
82
19:19 / 28 İyul 2026
148
19:14 / 28 İyul 2026
87
19:12 / 28 İyul 2026
80
18:34 / 28 İyul 2026
89
17:55 / 28 İyul 2026
82
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.