ABB səhmdarlarına 200 mln. manat dividend ödənişi təklif ediləcək - MÜSAHİBƏ
16 Aprel 2026, 11:03
Qaynar xətt:
(+99450) 247 90 86
MÜSAHİBƏ
1288
27.01.2026, 13:21
Tanınmış aparıcı: "Efirdə yad sözlərdən istifadə edənlər özlərini fərqləndirməyə çalışırlar”.
Xəbər verdiyimiz kimi, Audiovizual Şura məlumat yayıb.
Məlumatda bildirilir ki, ötən ilin dekabr ayında Azərbaycan dilində qarşılığı olan 33 xarici söz 14 televiziya kanalının aparıcıları tərəfindən ümumi olaraq 1366 dəfə istifadə olunub.
Axı niyə Azərbaycan dilində qarşılığı olan sözlər Azərbaycan teleməkanında işlənsin? Bunu vacib edən amillər nədir?
Oxu24.com-un suallarını Azərbaycan Televiziyası tarixində ilk tok-şoulardan biri olan "Dalğa" verilişinin müəllifi və aparıcısı olmuş peşəkar jurnalist İlqar Əlfioğlu cavablandırıb.
O bildirib ki, mən inanmıram ki, aparıcılar xarici dildə işlətdikləri sözlərin Azərbaycan qarşılığını bilməmiş olsun: Az da olsa savadı olan şəxs o sözlərin qarşılığını bilməlidir. Çünki onların dilində qeyri-adi bir şey olmur axı, ümumişlək sözlər olur.
İkincisi: o sözləri işlətmək sovet dövründə də var idi, insanlar danışanda rus sözü işlədirdi. Bu o demək deyil ki, o sözün qarşılığı yox idi, vardı. Mənə elə gəlir ki, xarici sözlərə önəm verənlər, onu işlədənlər sadəcə özünü göstərir. Bax, efirdəkilərin də özünü başqalarından fərqləndirmək istəyi var. Məsələn, efirdə aparıcının “kalite” deməsi. Keyfiyyət demək istəmir ... Mənim başa düşdüyüm budur ki, aparıcı özünü bu tərz danışıqlarla fərqləndirməyə çalışır.
Amma efirlərə, ekrana diqqətlə nəzarət eləmək lazımdır, çünki efirlərdən xalqa sırınan sözlər yavaş-yavaş dilə keçməyə başlayır. İkinci etapda isə söz mübahisələrə səbəb olur. Başlayırlar mübahisə eləməyə ki, bu türk dilindən gəlib. Yəni ,doğmadır bizə. Bəli, türk dili də, Türkiyə də bizə doğmadır, əzizdir, amma nəzərə almaq lazımdır ki, türk dili müstəqil bir dildir, özbək , qırğız, qazax dili kimi. Xalqlarımızın arasında qohumluq, qardaşlıq bağları var deyə, kiminsə sözünü olduğu kimi istifadə etməliyik? İşlədilən sözün Azərbaycan qarşılığı varsa, xarici sözləri efirdə işlətmək qəbahətdir” -deyə tanınmış jurnalist vurğulayıb.
Həmçinin oxuyun
Xatırladaq ki, Audiovizual Şura məlumat yayıb ki, keçən ilin son ayında ümumölkə yerüstü və peyk yayımında olan 14 televiziya kanalının efiri süni zəka əsaslı proqram vasitəsilə monitorinq olunub. Monitorinq zamanı bədii filmlər, seriallar, tamaşalar və digər bədii əsərlər, həmçinin xarici vətəndaşların çıxışları nəzərə alınmayıb.
İlkin müşahidələr nəticəsində ən çox rast gəlinən xarici sözlərin istifadəsi yoxlanılıb. Daha sonra həmin sözlərin siyahısı AMEA-nın Dilçilik İnstitutuna təqdim olunub, onların həqiqətən xarici söz kimi Azərbaycan dilində qarşılığının olub-olmamasının bildirilməsi xahiş edilib.
Dilçilik İnstitutunun rəsmi rəyinə əsasən təqdim olunmuş sözlərdən 33-ü Azərbaycan dilində qarşılığı olan xarici söz kimi müəyyən edilib.
"Monitorinqin nəticələrinin televiziya yayımçıları tərəfindən ciddi nəzərə alınması tövsiyə olunub. Yayımçılara bu istiqamətdə redaksiya nəzarətinin gücləndirilməsinin vacibiyi bildirilib, növbəti monitorinqlərin nəticələrinə əsasən Azərbaycan dilində qarşılığı olan xarici sözlərdən yersiz istifadə tendensiyasının azalmayacağı təqdirdə qanunvericiliyiə müvafiq olaraq inzibati tənbeh tədbirlərinin tətbiq ediləcəyi xatırladılıb", - deyə, məlumatda vurğulanıb.
Əntiqə Rəşid
00:36 / 19 Aprel 2026
210
23:59 / 18 Aprel 2026
263
23:34 / 18 Aprel 2026
1475
23:30 / 18 Aprel 2026
353
23:08 / 18 Aprel 2026
234
22:59 / 18 Aprel 2026
329
22:25 / 18 Aprel 2026
387
22:14 / 18 Aprel 2026
304
21:53 / 18 Aprel 2026
329
21:38 / 18 Aprel 2026
289
21:15 / 18 Aprel 2026
267
20:52 / 18 Aprel 2026
190
20:39 / 18 Aprel 2026
276
20:28 / 18 Aprel 2026
229
19:59 / 18 Aprel 2026
177
19:38 / 18 Aprel 2026
209
19:26 / 18 Aprel 2026
380
19:16 / 18 Aprel 2026
1628
18:59 / 18 Aprel 2026
206
18:49 / 18 Aprel 2026
96
18:36 / 18 Aprel 2026
124
18:25 / 18 Aprel 2026
131
18:16 / 18 Aprel 2026
159
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.