“Musiqidə dərinlik niyə itdi?” – Musiqişünas Bahar Bəylərova ilə zamana baxış
21 Yanvar 2026, 19:45
Qaynar xətt:
(+99450) 247 90 86
MÜSAHİBƏ
478
24.01.2026, 18:40
İran növbəti dəfə Azərbaycana qarşı ittihamlar və hədələyici fikirlər səsləndirib. Guya İsrail qüvvələri Azərbaycan ərazisindən istifadə edir.
Məlumatı “Fars” xəbər agentliyi dərc edib və məqalədə vurğulanıb ki, guya İsrail qüvvələri Azərbaycan ərazisindən istifadə edir.
"Əgər ABŞ və İsrail tərəfindən İrana mümkün hücum halında Tehran Azərbaycana zərbə endirəcək",-deyə məqalədə qeyd olunur.
Mövzu ilə bağlı siyasi ekspert Elməddin Behbud Oxu24.com-a danışıb:
-Elməddin müəllim, İranda bir problem olanda, istər daxildə, istər xaricdən, ilk növbədə Azərbaycanı hədəf alır. Azərbaycan vətəndaşı olaraq düşünürük ki, görəsən, bu İranın növbəti hədəsidir, yaxud bu iddia reallaşa bilər?
-Artıq təəccüblənməyə ehtiyac yoxdu. Çünki, təhdid İranın Azərbaycana qarşı klassik münasibətidir. Biz İranın bütövlükdə qonşularla olan münasibətlərinə diqqət etsək , görərik ki, təhdid, hədələmə, bəzən təhqir, əgər “münbit şərait “ varsa güc tətbiqi iranın xarici siyasəti üçün sistematik xarakter daşıyır. Bütövlükdə bunlar qonşuluq münasiətlərini təhdid- hədə üzərində qurublar. Müxtəlif dövrlərdə Azərbaycan rəhbərliyi də İran rəhbərliyi ilə görüşlərində, təmaslarında Azərbaycanın ünvanına İran mediasında İran rəhbərliyinin söylədiyi ittihamların əsassız olduğunu, mehriban qonşuluq siyasətinə zidd olduğunu deyib. Bizim ortaq mədəni, dini, tarixi birliyimizə yaraşmadığını da dilə gətiriblər. Onlar da hər dəfə deyirlər ki, bəli, bu məsələlər aradan qaldırılacaq. Ancaq bu məsələlərin heç biri aradan qalxmır. Bu onu göstərir ki, qonşularla kanseptual əsaslı münaibəti həmin o prinsiplər üzərində qurulub.
-12 günlük müharibədən sonra da İran Azərbaycanı “düşmən” çıxartmaqda davam edir. Sanki İranı İsrail Silahlı Qüvvələri deyil, Azərbaycan ordusu darmadağın edib. Bundan nəticə çıxartmaqdansa, yenə də hədələyir.
-Hazırki vəziyyətdə, əlbəttə ki, 12 günlük müharibədən sonra, İran təbii ki müəyyən nəticələr çıxarıb və növbəti savaşa daha ciddi şəkildə hazırlaşmaqdadır. Ancaq onların Azərbaycana olan ittihamları, məsələn guya burda İsrailin bazası var, İsrail məhz Azərbaycandan zərbə endirəcək” kimi iddiaları heç bir əsası yoxdu. Ümumiyyətlə, Azərbaycan ərazisində heç bir dövlətin hərbi bazası yoxdu, bunu peyk imkanı olan İran dövləti də bilir.
Həmçinin oxuyun
- Bəs, bilirsə, niyə inadından, böhtanından əl çəkmir.
-Sadəcə daim gərginlik, təhdid və münasibətlərin tarıma çəkilməsi , nataraz vəziyyətdə saxlanması qonşularımızın əsas siyasətidir və münasibətləri bu siyasətin üzərində qururlar. Mən guman eləmirəm ki, ola biləcək hansısa ABŞ- İsrail eskalasiyası dövründə onlar Azərbaycana qarşı zərbə endirsinlər. Doğrusu , belə bir şey gözləmirəm, amma müharibənin miqyası bir çox şeyi formalaşdıracaq. Yəni, ABŞ-İsrail kiçik zərbələrlə bu məsələni başa çatdıracaq, yoxsa artıq İranda 1979-cu ildən hakimiyyətdə olan hazırki siyasi qüvvənin devrilməsinə qədər davam eləyəcək? Yəni münaqişə nə qədər böyüyəcəksə, əlbəttə ki, onun odunun- alovunun daha çox uzaq coğrafi nöqtələrə sıçraması gözlənilən olur. Azərbaycan üçün arzu olunmaz bir haldı bu. Güman edirəm ki, məsələ bu qədər böyüməz.
- Ümid edək ki, ABŞ- İsrail real hücumu baş verərsə, burda da bizi “günahkar” çıxarmazlar…
- İran qonşuluq münasibətlərində də, dostluq- qardaşlıq münasibətlərində də səmimi deyil. Davamlı yalan istehsalı ilə məşğuldur. Düşüncə sistemindən gələn bir həyasızlıqla tirajlıyırlar ki, “ ay İranda guya bu yaxın günlərdə Təbrizdə Azərbaycan dili tədris olunur, Azərbaycan dilində dərslər keçilir, orda Azərbaycan dilində telekanallar var”.
O telekanallara baxırıq. Bütün günü yalnız şimaldakı Azərbaycan dövlətinə nifrət qusur. Düşünmək olar ki, elə o kanalları Azərbaycana qarşı təbliğat aparmaq üçün açıblar.
-Geniş açıqlamaya görə təşəkkür edirik.
Əntiqə Rəşid
20:23 / 24 Yanvar 2026
1
20:19 / 24 Yanvar 2026
9
20:04 / 24 Yanvar 2026
51
19:44 / 24 Yanvar 2026
427
19:42 / 24 Yanvar 2026
42
19:39 / 24 Yanvar 2026
42
19:37 / 24 Yanvar 2026
41
19:21 / 24 Yanvar 2026
37
19:09 / 24 Yanvar 2026
45
18:26 / 24 Yanvar 2026
839
18:25 / 24 Yanvar 2026
108
18:15 / 24 Yanvar 2026
93
18:08 / 24 Yanvar 2026
4444
17:54 / 24 Yanvar 2026
685
17:44 / 24 Yanvar 2026
118
17:40 / 24 Yanvar 2026
236
17:38 / 24 Yanvar 2026
111
17:28 / 24 Yanvar 2026
100
17:17 / 24 Yanvar 2026
86
17:00 / 24 Yanvar 2026
89
16:28 / 24 Yanvar 2026
84
16:07 / 24 Yanvar 2026
101
16:04 / 24 Yanvar 2026
1344
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.