SON DƏQİQƏ! Milli Məclis mühüm qərarlar qəbul etdi:Bu ödənişlər artırıldı
09 Dekabr 2025, 11:38
Qaynar xətt:
(+99450) 247 90 86
AKTUAL
2152
03.04.2025, 19:01
Bu gün “Aprel döyüşləri”ndən 9 il keçir.Bu döyüşlərin,bu tarixin mənim üçün də xüsusi əhəmiyyəti var. Çünki,həmin döyüşləri işıqlandıran,ərazilərdən reportajlar hazırlayan jurnalistlər sırasında mən də var idim. Hər şey gözümüzün önündə baş verdiyi üçün “Aprel döyüşləri”nin tarixi əhəmiyyəti mənim üçün də tam fərqlidir. Döyüşlərdə şəhid olan hərbçilərin ailələri ilə tanışlığımız və tarixi birgə yaşamağımız bir jurnalist kimi mənə də təcrübə qazandırdı.
Həmin ailələrdən biri də döyüşlərdə şəhid olan manqa komandiri Əbdülməcid Axundovun ailəsidir. 9il öncə şəhidin ailəsində olub,onun qəhrəmanlığı və döyüş yolu barədə reportaj hazırlamışdım.Həmin tarixdən 9 il keçir. Bu gün çox şey fərqlidir. Yenidən Əbdülməcid Axundovun anası Ceyran Axundova ilə həmsöhbət olduq.
Oxu24.com həmin müsahibəni təqdim edir:
-Sizi 9 il öncə tanıdım.O vaxt da,bu gün də sizi Əbdülməcidin anası kimi tanıdım.Bu fakt Sizə nə deyir?
- Bəli,9 il öncə sizinlə tanışlığımız oldu. Əbdülməcid şəhid olanda bizim evə bir çox şəxslər gəldi.Əbdülməcidlə bağlı məlumatların dərc olunmasında çox insanlar iştirak etdi.Onlardan biri də siz və çalışdığınız sayt oldu. O vaxtdan bir çox insanlarla münasibətlərimiz yarandı. Əbdülməcid bizləri birləşdirdi...Yenidən o illərə qayıtdım. Mənə danışmaq,həmin tarixə qayıtmaq çox çətindir...
Əbdülməcid aprelin 2-də şəhid olmuşdu. Amma biz bu xəbəri aprelin 8-i axşam bildik.Əbdülməcidin nəşini aprelin 9-da gətirdilər və həmin gün də dəfn etdik...
Bu döyüşlər xalqın yaddaşında zəfər döyüşü kimi yadda qaldı. Mənim o vaxt belə bir çıxışım oldu.Demişdim ki, torpaqlarımız işğaldan azad olunsa,mən ağlamayacağam.Əgər,torpaqlarımız işğal altında qalarsa,bu məni qəbrə qədər yandıracaq.Böyük ümidlə yaşayırdım. Deyirdim ki, torpaqlar nə zamansa,alınacaq. Belə də oldu.A prel şəhidlərinin açdığı cığırı 44 günlük müharibədə iştirak edən oğullar uğurla sonlandırdılar...
Övladımla bağlı arzularım yarımçıq qalsada,o arzusuna çatdı...Övladımın şəhid adı ilə qürur duyuram.Çünki,onun adı ilə məni bütün Azərbaycan tanıdı.Siz məni necə görmüsünüzə,mən elə,Əbdülməcidin anası kimi də qalacam...
Bu gün qürurluyam ki,övladımın qisası yerdə qalmadı.
-9 il əvvəl mənə müsahibənizdə Tərtər rayonundan incikliyinizi qeyd etmişdiniz.O ərazilərdə oğlunuzu itirdiyiniz üçün belə deyirdiniz. Bu gün də eyni fikirdə qalırsınız? Bu gün Seysulan,Şıxarx həmin vaxtlarda olduğu kimi deyil axı...
-Bilirsiniz,o vaxtlar çox yanıqlı və yaralı idim.Əslində Tərtərin nə günahı var idi axı?... Bildiyimiz kimi Tərtər döyüşlərin qaynar nöqtəsi idi.Övlad itirmiş ana kimi çox yanğılı idim. Deyirdim ki,Tərtər əjdaha oldu,övladlarımızı uddu.Düzdür,bu mənim səhv fikrim idi. Bu gün etiraf edirəm... Görün,Tərtərdə nə qədər qəhrəman insanlar yaşayır.Onlar uzun müddət düşmənə sinə gəliblər.Mən bütün bunları hadisələrin içərisinə girdikdən sonra anladım.Bu gün 9 il əvvəl dediyim o fikirlərlə razı deyiləm... İndiki vaxtda həmin yerlər mənim üçün başqadır. O yerlərdə övladlarımızın qanı var.O səbəbdən də ərazilər bizim üçün müqəddəsdir.
- Şəhid anası və 2016-cı ilə qədər Ceyran xanım. İtirdiyiniz çox olub,ya qazandığınız?
- Heç vaxt ağlıma da gəlməzdi ki, şəhid anası olaram.2016-cı ilə qədər tam fərqli idi həyatımız.Əbdülməcid ilk dəfə zəng edib Tərtər bölgəsinə əsgərlik üçün düşdüyünü deyəndə qəribə hiss keçirdim.Belimdən ağrı tutdu və özümü qəribə hiss etdim.Bugünki günə qədər belimdə həmin sızıntı var.Heç vaxt ağlıma gəlməzdi ki, mən Əbdülməcidin şəhid xəbərini alaram.Deyirdim ki, ona heç nə olmaz...Düzdür,övladımı itirdim.Bu bir ana üçün ən dözülməz bir acıdır,ağrıdır.Amma Əbdülməcidin anası,şəhid anası adını qazanmağım mənim böyük qazancımdır.Şəhid anası adını daşımaq o qədər də asan deyil.Bunu yalnız şəhid anası adını daşıyan analar deyə bilər...
Həmçinin oxuyun
- Əbdülməcid və dostları qəhrəmanlıq göstərib şəhid oldular.Bu haqda yazılarımızda hərbi mənbələrə istinadla faktları yazmışdıq. O ərazilərdə oldunuzmu? Nə hiss etdiniz?
-Düzdür,mən bu günədək Əbdülməcidin şəhid olduğu yerə gedə bilməmişəm.Çünki,orada minalı ərazilər var.İşlər yekunlaşan kimi,həmin yerlərə səfər etməyi düşünürəm.
Ancaq “Lələtəpə” və “Talış yüksəkliyi” deyilən ərazilərdə olmuşam.2020-ci ildən sonra işğaldan azad olunan ərazilərimizdə olmuşuq.Bu bizim üçün tam başqa hissdir...
- Aprel döyüşləri bizə həm də niyə bu qədər dəyərlidir?
Aprel döyüşləri uzun müddətdən sonra Azərbaycan xalqına zəfər sevincini yaşadan bir hadisə idi. İlk qığılcım “Aprel döyüşləri”ndə baş verdi. 4 günlük müharibədən 4 il sonra baş verən 44 günlük müharibədə Ordumuzun göstərdiyi qəhrəmanlıq qələbənin yekunu oldu. Bu səbəbdən də “Aprel döyüşləri” bizim üçün xüsusi əhəmiyyətə malikdir.
Müsahibəni apardı: Miri Məcidli
00:04 / 14 Dekabr 2025
5
23:47 / 13 Dekabr 2025
185
23:44 / 13 Dekabr 2025
21
23:30 / 13 Dekabr 2025
28
22:45 / 13 Dekabr 2025
162
22:30 / 13 Dekabr 2025
78
22:28 / 13 Dekabr 2025
88
22:22 / 13 Dekabr 2025
83
22:11 / 13 Dekabr 2025
173
21:58 / 13 Dekabr 2025
341
21:34 / 13 Dekabr 2025
908
21:21 / 13 Dekabr 2025
72
21:19 / 13 Dekabr 2025
95
21:15 / 13 Dekabr 2025
69
21:02 / 13 Dekabr 2025
64
20:49 / 13 Dekabr 2025
337
20:44 / 13 Dekabr 2025
82
20:36 / 13 Dekabr 2025
71
20:26 / 13 Dekabr 2025
70
20:01 / 13 Dekabr 2025
268
19:53 / 13 Dekabr 2025
88
19:21 / 13 Dekabr 2025
590
19:16 / 13 Dekabr 2025
116
18:32 / 13 Dekabr 2025
1035
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.