Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
9911
az

Yuxuda yıxılmaq,öldüyünü görmək,imtahandan kəsilmək...

00:1414 Fevral, 2019
14631
MARAQLI
  • A
 
1. Düşmək ya da Boğulmaq

Bir çox insan yuxusunda bir dəfə olsun yüksəkdən düşdüyünü görmüşdür. Hətta bu yuxularla birgə "Yerə düşmək ölmək mənasını verir" kimi bir çox əfsanə yaranmışdır. Təbii ki bu məna heç də doğru deyil. Yuxumuzda yüksəkdən düşərkən ya yıxılarkən çox vaxt qorxuruq. Bəzən də suda batdığımızı və boğulmaqdan qorxduğumuzu görürük. Bu yuxunu görən adam real həyatda özünü etibarda hiss etməməkdədir ya da özünə dəstək verilmədiyini düşünməkdədir. Belə bir yuxu gördüyünüzdə vəziyyətinizə baxaraq problemin kökünün nə olduğunu düşünməyinizi təklif edirik. Problemlə qarşlışaşdığınız zaman bir də bu yuxunu görməzsiniz.

2. Çılpaq Olduğunu Görmək

Bu yuxuda çılpaq, qismən çılpaq olduğunuzu ya da uyğun olmayan geyimlər geydiyinizi (işə pijamalarınızla getmək kimi) görmüsünüz. Bəzən də siz geyinmiş formada ikən başqa birinin çılpaqlığına şahid olursunuz. Bu yuxularda adam utanc hiss etsə də qürur və azadlıq duyğuları əsaslıq təşkil edir. Bu yuxunu isə belə açıqlamaq olar; Gerçək həyatda özünüzü müdafiəsiz, çarəsiz hiss edirsiniz ya da çox sirrlərinizi açmaqdan peşman olmusunuz. Bu yuxu daha çox realda evlənmək üzrə olanlar tərəfindən görülməkdədir.

3. Çürük ya da Əskik Diş Görmək

Diş ilə əlaqədar yuxular tez-tez görülməkdədir və yuxuda çox vaxt adamın dişi çürük ya da əskik olur. Bəzən isə ağızınızı açdığınızda dişinizin yellənərək çıxdığına şahid olursunuz. Yaxşı, nə mənanı verər diş ilə əlaqədar yuxular? Əksəriyyətdə bu yuxu adamın realda cazibədar olmadığından qorxması mənasını verir. Daha dərin bir mənası isə adamın gerçək həyatda gücünü itirməsindən qorxduğudur.

4. Qovulduğunu Görmək

Yuxuda qovulduğunu görmək insana həqiqətən çox qorxunc bir hiss verir. Çox vaxt sizi qovan bir canavar ya da qorxuducu bir fiqur (heyvan, insan, vasitə, və s.) ola bilər. Bu yuxunun mənasnı isə gerçək həyatda birinin ya da bir şeyə görə özünüzü təhlükədə hiss etmənizdir. Təhlükənin əsasını tapmaq üçün edəcəyiniz ən yaxşı şey, sizi qovan şeyin gerçək həyatda nə olduğunu düşünmənizdir.

5. Öldüyünüzü ya da Sevdiyiniz Birinin Öldüyünü Görmək

Bir çox adam yuxusunda öldüyünü, xəstə ya da yaralı olduğunu görmüşdür. Hətta ölən, xəstələnən ya da yaralanan adam sevilən biri də ola bilər. Ölüm və yaralanma, gerçək həyatda inciməkdən qorxduğunuz mənasını verir. Həm də yuxu, sağlamlığınıza ya da sevdiyiniz adamın sağlamlığına diqqət etməyiniz lazım olduğunun bir xəbərdarlıqçısı da ola bilər.

6. İmtahandan kəsilmək

Bu yuxu həm şagirdlər, tələbələr, həm də uzun müddətdir məktəbə getməyənlər tərəfindən görülür. Yuxuda müxtəlif səbəblərdən ötəri kəsirilirsiniz. Bəzən imtahan otağını tapa bilmədiyiniz üçün imtahana gecikirsiniz, bəzən vaxt çatmadığı üçün sualları həll edə bilməzsiniz, bəzən də oxumadığınız ya da qələminiz olmadığı üçün sualları həll edə bilməzsiniz. Bu yuxunun mənası isə real həyatda hər hansı bir mövzuda test edilməkdən qorxmağınızdır. Bir şey üçün hazır olmadığınızı hiss edir ya da səhv bir şey edəcəyinizini düşünürsünüz.

7. Avtobusa ya təyyarəyə gecikmək

Bu tip yuxularda qatar, avtobus, təyyarə kimi nəqliyyat vasitələrinə çatmaq üçün tələsirsiniz, ancaq bir neçə saniyə fərqlə gecikmiş olursunuz. Bu yuxuda qorxmasanız da, əsəbləriniz pozulur. Eyni formada lazımlı bir hadisəyə, ya da iştirak etmək məcburiyyətində olduğunuz bir yerə çata bilmirsiniz. Bu yuxular həyatınızda əhəmiyyətli bir fürsəti qaçırdığınız mənasını verməkdədir və vacib bir qərar verməyiniz lazım olan zamanlarda görülür.

8. İtmək ya da tələyə düşmək

Yuxuda itdiyini görmək, real həyatda bir hadisəyə qarşı necə reaksiya veriləcəyinə qərar vermək lazım olduğu zaman reallaşır. Çox insanın gördüyü bu yuxuda adam meşə, şəhər küçələri, böyük bir bina ya da labirint tipi bir məkandan çıxmağa çalışır. Həm də bu formada inkişaf edən yuxuların sonunda adam  diri diri basdırıla bilər, tələyə düşə bilər ya da hər hansı bir səbəblə hərəkət edə bilməz. Bu yuxular real həyatda doğru qərarı verə bilməyəcək anda olduğunuz mənasını verməkdədir.

9. Xarab Elektron Alətlər

Bu yuxuda adam xarab bir aləti işlədə bilməz ya da istədiyi kimi istifadə edə bilməz. Bu yuxuların çoxunda xarab olan alət telefondur. Nömrə yığa bilməmək, əlaqə itirmək ya da səhv nömrə yığmaq kimi problemlər yaşanır. İnternet əlaqəsi kəsilə bilər ya da alətin özü xarab ola bilər. Bu yuxular reallıqla əlaqənizin itdiyinə və ağılınızın yalnız bir qisminin olması lazım olduğu kimi işlədiyinə dəlalətdir. Həm də bu yuxu real həyatda başqa bir insanla arasında yaxınlıq qurmaqda çətinlik çəkilən bir adam tərəfindən də görülə bilər.

10. Avtomobil Qəzaları

Bu tip yuxularda ümumiyyətlə idarədən çıxmış bir avtomobilin içində ya da ətrafındasınız. Ya əyləclər işləmir, ya sükan hakimiyyəti itirilmiş ola bilər ya da avtomobil uçuruma doğru gedə bilər. Qəza etmək üzrə olan vasitədə yolçu ya da sürücü ola bilərsiniz. Bu tip yuxular reaı həyatda maşın sürə bilənlər və ya bilməyənlər tərəfindən tez-tez görülür. Yuxunun mənası isə belədir; Real həyatda bir şey haqqında özünüzü gücsüz hiss edir ya da "ruhi bir qəzaya" doğru gedirsiniz.

Siz bu yuxulardan əsasən hansını görmüsünüz? Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Viaqra belə hazırlanırmış: ŞOK GÖRÜNTÜLƏR – FOTOLAR (+18)
Sən demə, soyuq havada maşını qızdırmaq olmaz - ŞOK FƏSADLAR

Dünyanın ən uzun və ən qısa qadını ilk dəfə bir arada -VİDEO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
Sahibkarın 70 min manatını mənimsəyib"TikTok"da    hədiyyələrə    xərclədi