Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
9900
az

İnsanların Marsa səyahəti neçəyə başa gələcək?

20:1513 Fevral, 2019
530
MARAQLI
  • A
 "Space X” kosmik şirkətinin təsisçisi və rəhbəri İlon Mask gələcəkdə çox sayda insanın Marsa uça biləcəyini açıqlayıb. Onun sözlərinə görə, bunun üçün həmin şəxsin evini satıb, satışdan əldə etdiyi gəlirə kosmik uçuş bileti alması kifayət edəcək.

Bu barədə "Hi-News” məlumat yayıb.

Şirkət rəhbəri Marsa səyahət edəcək insanlara xüsusi bonus da təklif edib. Mask Qırmızı planetdən Yerə qayıtmağa görə heç bir haqqın tutulmayacağını deyib.

"Twitter”də izləyicilərindən birinin sualını cavablandıran Mask Mars və ya Aya şirkətin hazırladığı kosmik gəmilərlə uçuş qiymətinin kosmik uçuşların həcmindən asılı olacağını dilə gətirib.

"Əminəm ki, bir gün Marsa uçuş 500 min dollardan az, bəlkə hətta 100 min dollardan az başa gələcək”, - deyə Mask yazıb.

"Space X” şirkəti gələcəkdə "Starship” gəmilərinin köməyi ilə bir uçuşa yüzlərlə insanı Marsa çatdırmaq niyyətindədir. Bu yaxınlarda şirkət ən güclü dartıcı qüvvəsi olan "Raptor” mühərrikinin alovlandırma sınaqlarını keçirib. Həmin raketlərdən mart ayında suborbital sınaq uçuşlarında istifadə olunacaq
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI


Liftdə qalan 2 nəfər xilas edildi
Son günlər artan göz xəstəliklərinin səbəbi AÇIQLANDI
Xarkova HAVA HÜCUMU: silsilə partlayışlar baş verdi

“WhatsApp”da yeni funksiya aktivləşir

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Zirəddindən sensassion açıqlama:"Rasim suda deyil,öldürülüb..."
Gəncənin küçələri bərbad vəziyyətdədir - SAKİNLƏR ŞİKAYƏT EDİR
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Polis əməkdaşları tərəfindən xeyli silah-sursat aşkarlandı - VİDEO