Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
9716
az

Saxta kosmetikanı orijinaldan fərqləndirməyin 7 üsulu

12:0707 Fevral, 2019
742
MARAQLI
  • A
 
1. İlk növbədə yadda saxlayın ki, brend kosmetika heç vaxt aşağı qiymətə satıla bilməz. Axı heç bir mağaza öz ziyanına işləməz. Saxta malın qiyməti isə çox ucuz olur. Odur ki, şübhəli satış nöqtələrindən kosmetika almayın. Təəssüf ki, saxta mallara hətta sanballı mağazalarda təsadüf etmək olar. Ona görə də yaxşı olar ki, məhsulu almazdan əvvəl brendlərin rəsmi saytına daxil olub, sertifikatlaşdırılmış satış nöqtələrinin yerini öyrənin. Ən yaxşı çıxış yolu kimi mağazadan aldığınız kosmetik məhsulların sertifikatını tələb edin. Vicdanlı satıcı heç bir problem olmadan bunu edəcək.

2. Məhsulun qablaşdırmasının dizaynına diqqət edin. Hətta brend məhsulun saxta versiyasını çıxaran istehsalçılar da yazıların keyfiyyətində, ölçüsündə, rəngində və parlaqlığında, həmçinin şriftlərdə və s. xırda detallarda səhvə yol verir.

3. Ətriyyat kimi göz kölgələrinin nömrəsi həm plastik korpusun, həm də məhsulun qablaşdırmasının üstündə qeyd olunur, bu nömrələr üst-üstə düşməlidir. Ştrix-kodu sözügedən istehsalçı ölkəyə uyğun olmalıdır.

4. Rənglərin palitrasını kosmetika brendinin rəsmi saytından öyrənin. Saxta istehsalçılar əksər hallarda orijinal variantlarda olmayan rəngləri uydurur.

5. Orijinal kosmetikanın teksturası eynidir, xoşagəlməz qoxusu və ya lax notları yoxdur. Məsələn, saxta pomadanı qablaşdırmasından, qapağın bağlanmasından, eləcə də məlhəmin yayılmasından müəyyənləşdirmək olar. Saxtalaşdırılmış tuşun teksturası həddən artıq duru və ya bərk ola bilər. Bundan başqa, tuşun orijinallığını seçilən fırçası tez-tez ələ verir.

6. Fırça, tüklər, yazılar eyni cürdür. Lakin keyfiyyəti, ölçüsü, forması və tüklərin rəngi tamam fərqlənir.

7. Kremin teksturasını həmişə birinci əlinizdə sınayın. Yaxşı mağazalarda məhsulu yoxlamaq məqsədi ilə sınaq variantlarını təklif edirlər. Məhsulu əlinizdə yoxladıqda onun yayılmasından keyfiyyəti və davamlılığını yoxlaya biləcəksiniz. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dəvələr haqda maraqlı məlumatlar
Dövlət işində çalışanlara BƏD XƏBƏR: 1 yanvar tarixindən...
Yeni virus XƏBƏRDARLIĞI - Ürəkbulanma və mədə ağrısı ilə özünü göstərən infeksiya nədir?

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Həmin dərmanları necə pulsuz əldə edək?- Rəsmi açıqlama
Rüşvətlə xidmət yeri dəyişdirən “Dayı”- Hakim qarşısında