Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
937
az

Yaddaşınızı gücləndirmək istəyirsinizsə, bunları yeyin - SİYAHI

23:3021 Aprel, 2018
1388
MARAQLI
  • A
Bütün bədənimizi idarə edən beyin sağlamlığımızın bütün həyat boyu qorunub inkişaf etdirilməsi böyük əhəmiyyət daşıyır. Yediyimiz qidalardan tutmuş yuxu düzəninə, gün ərzində baş verən hadisələrə, hətta səmimi bir gülümsəməyə qədər bir çox nüanslar beyin sağlamlığına təsir edir.
Oxu24.com  Türkiyənin beyin, sinir və onurğa-ilik cərrahı İlhan Elmacının beyin sağlamlığı ilə bağlı məsləhətlərini diqqətinizə çatdırır.

Beyin inkişafı ilk olaraq, ana bətnindən başladığı üçün gələcək anaların xüsusilə fol turşusu baxımından zəngin olan qidalarla bəslənməsi vacibdir. Fol turşusu lobya, ispanaq, bənövşəyi kök, limon və portağal kimi qidaların tərkibində var.

Yaddaş və zəka inkişafı baxımından B vitamini əhəmiyyətli bir yer tutur. Eyni zamanda B vitamini yeni hüceyrələrin yaranmasına və var olan hüceyrələrin qorunmasına kömək edir. Odur ki, B vitamini tərkibli banan, quru paxlalar, ət, balıq, yağsız süd, qatıq və yaşıl yarpaqlı tərəvəzlərin istifadəsi mütləqdir.

Beyin funksiyasının daha düzgün çalışması, yaddaşı gücləndirərək daha sürətli düşünə bilmək üçün Omega-3 baxımından zəngin balıq müəyyən aralıqlarla istifadə olunmalıdır. Beyində yaşlanma ilə birlikdə ortaya çıxan geriləməni yavaşlatmaq üçün E vitamini baxımından zəngin qoz, fındıq, yer fıstığı, günəbaxan tumu, küncüt, kətan toxumu yeyin.
Dopamin ifrazını təmin edən üzüm məsələ həlli istedadını artırır. Yüksək faizdə antioksidant tərkibli çiyələk, meşə giləmeyvəsi, pomidor, kök isə beyni qoruyur.

Bunlarla yanaşı qəhvə beynin işləməsinə dəstək verən siqnalların ən əhəmiyyətlilərindəndir. Qəhvənin tərkibində olan və beyində siqnal vəzifəsi görən kofeinin yorğunluğu azaldıcı təsirinin yanında diqqətsizlik və oyanıqlığı yüksəldən özəlliyi də var.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Astmanın dərmanı: şam qozasının mürəbbəsi - HAZIRLANMA QAYDASI
Çayın dəmlənilmə və içilmə qaydası
Hacıdan şok açıqlama: “Hamısı keçmiş həyat yoldaşlarımdır” – FOTO

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu