Qaynar xətt:

(+99450) 247 90 86

Həqiqətənmi üzərlik yandırmaq bəd nəzəri uzaqlaşdırır?

Həqiqətənmi üzərlik yandırmaq bəd nəzəri uzaqlaşdırır?

MARAQLI

2630

24.01.2019, 10:54

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
\"\"  Oxucu sual verir: Həqiqətənmi üzərlik yandırmaq bəd nəzəri uzaqlaşdırır?
Dinimizdə geniş yayılmış fikrə görə, bədnəzər, yəni gözdəymə həqiqətən vardır. Gözdəymədən xilas olmağın və onu uzaqlaşdırmağın ən yaxşı yolları Allaha sığınmaq, ayətəl-kürsini, Qələm surəsinin son iki ayəsini, Quranın “qul” kəlməsi ilə başlayan dörd surəsini (Kafirun, İxlas, Fələq və Nas surələrini) oxumaqdır. Xalq içində belə bir inanc var ki, guya üzərlik yandırmaq da bəd nəzərin qarşısını alır. Bunun heç bir dini əsası yoxdur. Əlbəttə, evdə üzərlik yandırmaq günah deyil. Müasir elm də sübut edir ki, üzərliyin tüstüsü insanda yüngüllük yaradır, onu stresdən azad edir. Bəlkə də elə buna görə, keçmişdə üzərliyin gözdəyməni sağaltdığına inanırmışlar.