Samux rayonundakı çinar ağacı həm nəhəg ölçüsü, həm də haqqında danışılan rəvayətlərlə diqqət çəkir. Əhali arasında yayılanrəvayətə görə Həzrəti Əlinin atının ayaq izi bu çinarın üstündə qalıb. Bura nəinki yerli sakinlər, hətta uzaq yerlərdən də ziyarətə gələnlər olur. Məsələyə din xadimləri də münasibət bildirib.
Oxu24.com Qaynarinfo-ya istinadən bildirir ki, bu çinar ərazidən keçən hər kəsin diqqətini çəkir.
Samux rayonunun Kolayır kəndində yol kənarında yerləşənbu nəhəng ağacın 1500 ilə yaxın yaşının olduğu bildirilir. Əhali arasında yayılmış rəvayətə görə yeddinci əsrdə yaşamış Həzrəti Əli Azərbaycana gəlişi zamanı bu ərazilərdə olub və onun atının ayaq izi çinarın üstündə qalıb.
Elə bu səbəbdən də Həzrəti Əlinin atının adı ilə "Düldül" adlandırılan bu möhtəşəm çinar müqəddəs sayılaraq, ziyarətgaha çevrilib. Bura nəinki yerli sakinlərdən, hətta uzaq yerlərdən də ziyarətə gələnlər olur. Bu agacın diametri qollu- budaqlı 20 metrdən çoxdur.
Bu əzəmətli çinar Kolayır-Qırmızı Samux yolunun sağ tərəfində yerləşir.Sözügedən çinar ağacı haqda deyilənlərə alimlərin yanaşması isə bir qədər fərqlidir. Azərbaycan Dövlət Aqrar Universitetinin dosenti Arif Qazıyev deyir ki, elmi mənbələrdə adı "Platanus Orientalis" kimi çəkilən, ölkəmizdə isə "Şərq çinarı" adlandırılan bu ağacların uzunömürlü olması doğrudur. Ancaq, bu çinarın yaşının 1500 olması inandırıcı deyil.
Mütəxəssis həmçinin deyir ki, ağacın gövdəsindəki izin at nalına aid olmasına da birmənalı yanaşmaq olmaz. Çünki daim qabıq ataraq yenilənən, gəncləşən çinar gövdəsində hansısa zədənin yüzillər boyu qalmasına inanmaq çətindir...
Gəncə şəhər Şah Abbas cümə məscidinin Dini icmasının sədri Əlisəftər Səfərəliyəv isə deyir ki,insanların pirlərə ziyarətgahlara inanması təqdir olunmur. Amma bunun özündə bir sınanmışlıq var. İnsanlar pirlərə ziyarətgahlara gedib dilək tutanda onu Allahdan istəyirlər. Bunda pisniyyət axtarmaq düzgün deyil. Nəzərə almaq lazımdır ki bu illərdən bəri davam edib gəlirsə, deməli insanların buna bir inancı var. Onların dua etməsi, qurban kəsməsi demək ki, özünü doğruludub - deyə Əlisəftər Səfərəliyəv bildirib. Oxu24.com
ŞƏRHLƏR