Qışda telefonun enerjisi niyə daha tez bitir? – SƏBƏB BU İMİŞ
10 Noyabr 2026, 16:12
Qaynar xətt:
(+99450) 247 90 86
MARAQLI
3690
14.09.2021, 08:09
Azərbaycanda "Man in the middle" və "Spoofing Caller ID" hücumu başlayıb. Bir proqram təminatı vasitəsilə (əslində bir çox) istənilən şəxsə istənilən nömrədən zəng etmək olur. Az əvvəl yoxladım və işləyir. Şəkildə özümə 050 111 11 11 nömrəsindən zəng etmişəm. Bu məşhur "Spoofing Caller ID" hücum növüdür. İstədiyiniz adamın nömrəsi ilə başqasına zəng edirsiniz. Məsələn, sizə atanızdan zəng gəlir, ekranda ATA çıxır amma danışan başqa adamdır. Yaxud sizə polisdən, bankdan zəng gəlir amma arxada danışan cinayətkardır.
Oxu24.com xəbər verir ki, bunu texnobloger Fərid Pərdəşünas qeyd edib.
O bildirib ki, bu metodla insanlar aldadılır və məlumatları ələ keçirilir: "İşin pis tərəfi bu əlavə ilə səsi də dəyişmək olur. Bu metodla Azərbaycanda hücumlar artıq var. Dövlət tərəfindən həmin əlavəyə çıxışlar bağlanıb. Lakin, VPN ilə hücumlar olur. Proqram təminatı qlobal işləyir. Yerli operatorların problemi deyil. Telekommunikasiya sektorunda bilinən qlobal problemdir. Vəziyyətdən çıxış yolu telefonda səsli şəkildə heç kimə məlumat verməməkdir. Tətbiqi məndən soruşmayın. Yayılmasının qarşısını almaq üçün heç kəsə bu barədə məlumat vermirəm. Aşağıda yazılanlara əməl edin və qorunun".
Texnobloger əlavə edib ki, gələn zəngin kim tərəfindən edilməsinə baxmayaraq, şəxsi məlumatlarınızı bölüşməyin: "Bu bank hesab nömrəniz, ananızın qız vaxtının soyadı, sirli kod və digər məlumatlardır. Gələn görüntülü zənglərə qeyri-əxlaqi intim hərəkətlər edərək cavab verməyin. Ən yaxşısı isə ümumiyyətlə o zənglərə cavab verməyin".(publika)
22:30 / 10 Noyabr 2026
19
22:27 / 10 Noyabr 2026
22
22:19 / 10 Noyabr 2026
22
22:04 / 10 Noyabr 2026
94
21:55 / 10 Noyabr 2026
345
21:51 / 10 Noyabr 2026
75
21:49 / 10 Noyabr 2026
139
21:46 / 10 Noyabr 2026
132
21:44 / 10 Noyabr 2026
82
21:40 / 10 Noyabr 2026
80
21:33 / 10 Noyabr 2026
18629
21:19 / 10 Noyabr 2026
100
21:12 / 10 Noyabr 2026
115
21:10 / 10 Noyabr 2026
378
20:56 / 10 Noyabr 2026
98
20:54 / 10 Noyabr 2026
452
20:46 / 10 Noyabr 2026
113
20:35 / 10 Noyabr 2026
129
20:17 / 10 Noyabr 2026
112
20:10 / 10 Noyabr 2026
1350
19:59 / 10 Noyabr 2026
115
19:58 / 10 Noyabr 2026
111
19:52 / 10 Noyabr 2026
120
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.