Bakıya gələn III Msvatinin maraqlı HEKAYƏSİ
18 May 2026, 10:10
Qaynar xətt:
(+99450) 247 90 86
MARAQLI
3079
26.03.2021, 23:17
Alimlər, həkimlər gecə yataqda ümumiyyətlə geyimsiz yatmağın faydaları barədə illərdir, danışırlar. Bildirilir ki, lüt yatmaq həm hormonal, həm fiziki, həm də ürək-damar sisteminə xeyirlidir.
Medicina.az çılpaq yatmağın digər faydalarını təqdim edir:
1.Kişilərdə impotensiyanın qarşısını alır, nəsilartırma qabiliyyətini yüksəldir.
Lüt yatan kişilərdə spermanın fraqmentasiyası 35% az baş verir, xüsusən dar, narahat alt paltarı geyinən kişilərdə impotensiya əlamətləri daha erkən başlayır.
2.Lüt yatmaq stresi azaldır, yaxşı əhval gətirir.
İnsan geyimsiz yatanda, bədəndən yaxşı əhvalın hormonu olan oksitosin istehsal olunur, stress hormonu kortizolun səviyyəsini azaldır, melatonin tənzimlənir. Bədən çox rahatlanır.
3.Dərinin ümumi vəziyyəti yaxşılaşır, insan gec qocalır.
Geyimsiz yatmaq bədən hərarətini normada saxlayır, tərləmə azalır, geyimlərlə tərləmiş dəri arasında kimyəvi reaksiya getmir, bununla da təhlükəli bakteriyaların sayı azalır. Çılpaq yatdıqda dəri sanki nəfəs alır, rahatlanır, dərin və keyfiyyətli yuxuya gedir. Qan dövranı yaxşılaşır, nəticədə insan gec qocalır.
4.Diabet və ürək-damar xəstəlikləri riski azalır.
Alimlərin araşdırmasına görə 6-7 saatdan az yatan insanlarda diabet və ürək xəstəlikləri riski 3 dəfə yüksək olur. Lüt yatmaq ürəyin işini yuxuda asanlaşdırır.
5.Münasibətləri yaxşılaşdırır.
Geyimsiz yatan partnyorlar arasında daha sağlam, xoş münasibətlər və bağlılıq olur. Geyimsiz yatan insanın bədənindən yuxuda sintez olunan hormonlar partnyorların dərisi ilə bir-birinə keçir, bu da onlarda uyğunluluq hormonlarını artırır.
14:50 / 18 May 2026
5
14:42 / 18 May 2026
27
14:37 / 18 May 2026
29
14:31 / 18 May 2026
40
14:21 / 18 May 2026
37
14:09 / 18 May 2026
54
13:59 / 18 May 2026
52
13:49 / 18 May 2026
59
13:40 / 18 May 2026
57
12:59 / 18 May 2026
88
12:59 / 18 May 2026
83
12:46 / 18 May 2026
90
12:39 / 18 May 2026
71
12:34 / 18 May 2026
143
12:26 / 18 May 2026
76
12:21 / 18 May 2026
84
12:04 / 18 May 2026
96
11:55 / 18 May 2026
83
11:51 / 18 May 2026
85
11:48 / 18 May 2026
81
11:48 / 18 May 2026
93
11:45 / 18 May 2026
90
11:37 / 18 May 2026
79
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.