Bir küçədə iki dövlət - Dünyanın ən qəribə 5 sərhədi
14 Noyabr 2026, 23:16
Qaynar xətt:
(+99450) 247 90 86
MARAQLI
840
07.11.2020, 12:17
Yaddaşından şikayətlənən insanlar bunu daha çox hər gün böyük həcmdə informasiya almaq ilə əlaqələndirirlər.
Lakin məsələ heç də informasiyanın miqdarında olmayıb, insanın həmin informasiya mənbələri ilə necə davranmasından asılıdır. Tədqiqatın nəticələri "Nature" jurnalında dərc edilib.
Oxu24.com xəbər verir ki, Stenford Universitetindən bir qrup tədqiqatçı 18-26 yaşarasında olan insanların iştirakı ilə eksperiment aparıb.
Eksperimentə əsasən, gənclər onlara göstərilən şəkillərdəki təsvirlərdən nəyin dəyişdiyini müəyyənləşdirməli olublar.
Dəyişikliyi görmək məqsədilə onlardan əvvəlki şəklin necə olduğunu yada salmaq tələb edilib. Təcrübəyə cəlb edilənlər şəklin əvvəlki variantını yada salmazdan öncə onları bu işdən nə iləsə yayındırıblar.
Eyni vaxtda iştirakçıların elektroensefaloqramı (EEQ) qeydə alınıb və bəbəyin ölçüsü qiymətləndirilib. Məlum olub ki, ənsə hissədən çıxan alfa-dalğalar güclənibsə, deməli, insanın fikri həqiqətən yayınıb, diqqəti itib. Bəbəklərin daralması da bundan xəbər verir. Əgər insan nəsə etməyə hazırlaşanda bəbəklər daralırsa, deməli, o, fikri dağınıqlığı səbəbindən işi pis icra edəcək.
Eksperiment zamanı kiminsə diqqəti daha çox, yaxud daha az yayınıb ki, bu da EEQ və bəbəklər üzrə görünüb. Kiminsə diqqətini yayındırmaq çətin olub, həmin şəxs testin öhdəsindən yaxşı gəlib, yəni şəkildə əvvəlki ilə müqayisədə nəyin dəyişdiyini müəyyənləşdirə bilib. Təcrübədə olanların diqqəti nə qədər az yayınıbsa, onların yaddaşı yaxşı işləyib.
Tədqiqatçılar, həmçinin çoxtapşırıqlılıqla bağlı yaddaşı yoxlayıblar. Bunu ən yaxşı olaraq, insanın eyni vaxtda bir neçə qadjet və ya media mənbələrində işləməsilə müqayisə etmək olar. Məsələn, əgər insan notbukda filmə baxarkən, həmçinin smartfonda kiməsə nəsə yazırsa, sonra isə planşetdə başqa birisinə cavab yazırsa, bu halı çoxtapşırıqlılıq adlandırmaq olar. Lakin belə hal daim diqqəti birindən digərinə yönəltməyi tələb edir. Beləliklə, çoxtapşırıqlılığa meyilli gənclərdə yaddaşın pis olması təəccüb doğurmur. Əgər insan yaddaşının yaxşı işləməsini istəyirsə, informasiya axınının qarşısını bir o qədər almaqdansa, özünü nizamlı, sistemli aparmağı bacarmalıdır.
Tədqiqatçılar dəqiqləşdirirlər ki, söhbət media çoxtapşırıqlılığından - insanın eyni vaxtda bir neçə informasiya mənbəyi ilə işləməsindən gedir. Bununla yanaşı, insan digər sahələrdə də bir çox işləri icra edir: məsələn, eyni vaxtda xörək hazırlayır və körpə uşaqla məşğul olur. Belə halda hansı koqnitiv effektlərin meydana gəldiyini bilmək maraqlı olardı. Bundan başqa, yaddaş problemi çoxtapşırıqlılıq və diqqətin yayınması ilə müəyyən dərəcədə bağlıdır, lakin səbəb-nəticə əlaqələrini müəyyənləşdirmək üçün daha çox təcrübə aparmaq lazımdır.
00:08 / 16 Noyabr 2026
9
23:41 / 15 Noyabr 2026
79
23:35 / 15 Noyabr 2026
81
23:32 / 15 Noyabr 2026
70
23:07 / 15 Noyabr 2026
292
22:43 / 15 Noyabr 2026
379
22:34 / 15 Noyabr 2026
120
22:24 / 15 Noyabr 2026
97
22:05 / 15 Noyabr 2026
997
21:57 / 15 Noyabr 2026
450
21:37 / 15 Noyabr 2026
1249
21:07 / 15 Noyabr 2026
1197
20:58 / 15 Noyabr 2026
550
20:55 / 15 Noyabr 2026
152
20:44 / 15 Noyabr 2026
374
20:39 / 15 Noyabr 2026
135
20:30 / 15 Noyabr 2026
164
20:09 / 15 Noyabr 2026
441
19:51 / 15 Noyabr 2026
468
19:37 / 15 Noyabr 2026
154
19:17 / 15 Noyabr 2026
160
19:09 / 15 Noyabr 2026
146
18:40 / 15 Noyabr 2026
164
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.