3 milyonluq evi pulsuz verirlər - Bir şərtlə...
19 May 2026, 12:12
Qaynar xətt:
(+99450) 247 90 86
MARAQLI
707
02.09.2020, 21:33
İkinci Dünya Müharibəsindən sonra SSRİ-də Stalinin əmri ilə 3 il ərzində 100-dən artıq həbs edilib, 22 general və 2 marşal güllələnib.
“Ölkə.Az” “militaryarms”ə istinadən xəbər verir ki, düzdür, bunların heç də hamısı eyni əmələ görə cəzalandırılmayıblar. Hərəsinin öz günahı olub. Ancaq əksəriyyəti Hitler ordusuna bu və ya digər formada xidmətinə və əməkdaşlığına görə cəzalandırılıblar.
Məsələn marşal Kulik, generallardan Qordov və Rıbalçenko müharibədən sonra Almaniyada etdikləri qoyğunçuluq və vaqonlarla özləri üçün göndərdikləri var-dövlətə görə cəzalandırılıb. Bu işdə marşal Jukovun da adı halanıb. Düzdür, onu vəzifəsini kiçildilərək Odessa Hərbi Dairəsinə komandan göndərilir.
Bir neçə general əsirlikdə olarkən faşistlərlə əməkdaşlığa görə güllələnib. Hətta onların bir çoxu alman komandanlığı altında SSRİ-yə qarşı döyüşüblər. Bu generallardan bir qismi faşistlərə başq aformada yardım edib, əsir dü.nən sovet əsgərlərini almanlar tərəfinə keçməyi təşviq edib. Bunlar arasında Bessonov, Boqdanov, Vlasov, Budıxo, Yeqorov və başqaları olub. Almanlarla heç aktiv əməkdaşlıq etməyən generallardan Artemenko, Kirillov, Ponedelin, Beleşev, Krupennikov, Sivaeyev, Kipriçnikov və briqada komandiri Lazutin də güllənənlər arasında olub. Bu generallar da alman əsirliyində olublar. Məsələn general Kirilov və Ponedelin dezertir olub. Belə ki, onlar könüllü olaraq almanlara əsir düşüblər.
1950-cı ildə aviasiya marşalı S. Xudyakov barəsində Vətənə xəyanətdə ittiham olunub. O Mancuriyadan Rusiyaya qızıl gətirən təyyarənin itməsində təqsirli bilinib və barəsində ölüm hökmü çıxarılıb.
General M. Belyançik isə hərbi məktəbdə anrisovet təbliğatının aparılmasına şərait yaratdığına görə cəzalandırılıb.
Hazırladı Mürtəza
Ölkə.Az
Həmçinin oxuyun
16:39 / 20 May 2026
19
16:34 / 20 May 2026
85
16:31 / 20 May 2026
33
16:21 / 20 May 2026
89
16:19 / 20 May 2026
32
16:11 / 20 May 2026
47
16:02 / 20 May 2026
137
15:54 / 20 May 2026
108
15:51 / 20 May 2026
45
15:42 / 20 May 2026
51
15:36 / 20 May 2026
133
15:31 / 20 May 2026
46
15:19 / 20 May 2026
320
15:16 / 20 May 2026
190
15:01 / 20 May 2026
261
14:57 / 20 May 2026
63
14:55 / 20 May 2026
58
14:40 / 20 May 2026
138
14:36 / 20 May 2026
74
14:30 / 20 May 2026
70
14:26 / 20 May 2026
120
14:01 / 20 May 2026
71
13:52 / 20 May 2026
70
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.