Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
38350
az

Şirlər bir neçə il əvvəl onları xilas etmiş kişini parçaladılar

10:4930 Avqust, 2020
698
MARAQLI
  • A
Cənubi Afrika Respublikasında (CAR) şirlər uzun illər əvvəl onları xilas etmiş kişini parçalayıb. “The Daily Star” xəbər verir ki, iki şir gözlənilmədən kişinin üstünə hücum çəkərək onu parçalayıblar. Maraqlıdır ki, həlak olmuş kişinin sevgilisi fərqli düşünür. O, öz açıqlamasında bildirib ki, şirlər onun sevgilisi ilə sərt oyunlardan birini oynamaq qərarına gəliblər və ölümün əsl səbəbi cəsəd yarılıb müayinə olunandan sonra bilinəcək. Qeyd olunur ki, sahibini öldürən şirlər 2017-ci ildə oxşar hadisə nəticəsində başqa bir nəfərin ölümünə səbəb olublar. Lakin o zaman heyvanların müdafiəsinə qalxmış mərhum onların aqressiv olmadığını sübut etməyə çalışıb. Şirlər sığınacağa yerləşdirilib. Onların vəhşi təbiətə buraxılması gözlənilir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

WhatsApp-da yeni funksiya işə salındı
Ayda su tapıldı
WhatsApp-da artıq daxili tərcüməçi var