Hamının "Neftçilər Kruqu" kimi tanıdığı yer əslində görün, necə adlanırmış
14 May 2026, 21:02
Qaynar xətt:
(+99450) 247 90 86
MARAQLI
4652
08.07.2020, 15:48
ABŞ “TikTok” da daxil olmaqla, Çin mənşəli sosial media tətbiqlərini qadağan etməyə hazırlaşır. Senatorlar “TikTok” tətbiqinin istifadəçi məlumatlarının ötürülməsi və şəxsi məlumatların məxfiliyinə dair milli təhlükəsizlik şərtlərini təmin etməməsindən narahat olduqlarını söyləyiblər.
Azərbaycanda da məşhur olan tətbiqin çoxsaylı istifadəçisi var. Bu platformada həmçinin ölkənin milli-mənəvi və təhlükəsizlik maraqlarına zidd olan videolar paylaşılır. Bəs, tətbiqin Azərbaycanda da qadağan olunmasına ehtiyac varmı?
İKT İnformasiya Mərkəzinin direktoru Fərid Kazımov Redaktor.az-a bildirib ki, bu məsələlərin baş verməsi ölkələrin maraqlarına əsaslanır:
"Biz qloballaşmadan danışırıq və düşünürük ki, internet, yüksək texnologiyalar hamısı ümumiləşdiriləcək. Amma görürük ki, ölkə maraqları irəlidə durur. Hər bir ölkənin həmin texnologiyaların istifadəsi məsələsi də maraqlar əsasında qurulur. Bu, rəqəmsal dünyada fəlsəfi bir məsələdir. Burada bəşəriyyətin hansı itiqamətdə gedəcəyi maraqlıdır. Ya tam olaraq qloballaşdırma, ya da lokallaşma baş verəcək. Məsələn, Rusiyada məmurlara xarici proqram təminatından istifadəyə müəyyən mənada qadağalar qoyulub ki, məlumatlarınız oğurlana, mesajlarınız oxuna bilər və s. Çinin özündə də “Facebook”, “Google”, “YouTube” və “Amazon”dan istifadə edilmir. Onlar ölkə üçün bu platformaların alternativlərini yaradıblar".
DİQQƏT: Bunu edən xəbər saytı rəhbərləri həbs edilə bilər – Bu ...
"TikTok" mobil tətbiqinin Azərbaycanda qadağan olunması məsələsinə gəldikdə isə, Fərid Kazımov qeyd edib ki, buna ehtiyac yoxdur. Bu məsələdə oxşar ölkələrin təcrübəsindən istifadə etmək daha məqsədəuyğundur:
"“TikTok” olmasın, başqa bir platforma olsun, biz burada profillər açan zaman məlumatlarımız istifadə edilmiş olur. Məsələn, “Google”da axtarış etdikdə görürsüz ki, “Facebook” qarşınıza oxşar reklamları çıxarır. Bu o deməkdir ki, sizin məlumatlarınız daimi olaraq, gündəlik və real vaxt rejimində işlənilir və həmin məlumatlara, sizin axtarışlarınıza, prioritetlərinizə, müəyyən istəklərinizə uyğun olaraq, kommersiya xarakterli həmin reklamlar göstərilir. Bu nöqteyi nəzərdən Azərbaycan kiçik bir ölkədir. Biz deyə bilmərik ki, alternativ öz platformalarımızı yaradaq və s. Hesab edirəm ki, Azərbaycan qlobal trendlərə uyğun olaraq hərəkət etməlidir. Avropada alternativ platformalar yaradılmasa da, müəyyən qanunlar hazırlayırlar və bununla öz istifadəçilərini və daxili bazarlarını qorumağa çalışırlar. Ölkəmiz də həmin praktikanı öyrənməlidir. Hər hansı məhdudiyyətin tətbiq edilməsinə ehtiyyac yoxdur".
00:45 / 15 May 2026
1
00:33 / 15 May 2026
84
00:22 / 15 May 2026
42
23:59 / 14 May 2026
145
23:30 / 14 May 2026
64
23:13 / 14 May 2026
65
23:05 / 14 May 2026
71
22:34 / 14 May 2026
78
22:30 / 14 May 2026
152
22:13 / 14 May 2026
163
21:58 / 14 May 2026
149
21:52 / 14 May 2026
77
21:41 / 14 May 2026
71
21:30 / 14 May 2026
81
21:19 / 14 May 2026
83
21:14 / 14 May 2026
81
21:07 / 14 May 2026
236
21:02 / 14 May 2026
174
20:59 / 14 May 2026
71
20:56 / 14 May 2026
101
20:54 / 14 May 2026
167
20:49 / 14 May 2026
64
20:49 / 14 May 2026
473
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.