Qaynar xətt:

(+99450) 247 90 86

iyunun 14-dən bu qadağalar götürülür

iyunun 14-dən bu qadağalar götürülür

MARAQLI

1194

25.05.2020, 20:52

İyunun 14-dən İsraildə qapalı məkanlarda teatr tamaşaları və konsertlərin keçirilməsinə icazə veriləcək.

Oxu24.com-un xəbərinə görə, bu barədə ölkənin Turizm Nazirliyi məlumat verib.

Bütün ziyarətçilər iki metrlik sosial məsafəyə, şəxsi gigiyena qaydalarına riayət etməli və mütləq maska taxmalı olacaqlar. Binanın girişində onların hərarəti ölçüləcək.

Tamaşalara və konsertlərə bilet satışı yalnız onlayn həyata keçiriləcək.

Bilet alan şəxslər arasında bir boş oturacaq saxlanılmalı, zal 75%-dən çox doldurulmamalıdır.

Bütün teatr tamaşaları və konsertlər antraktsız keçiriləcək.