Qaynar xətt:

(+99450) 247 90 86

Xatun Zaurun verilişinə gəlməkdən imtina etdi

Xatun Zaurun verilişinə gəlməkdən imtina etdi

ŞOU-BİZNES

1299

07.05.2020, 00:40

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Müğənni Xatun “Xəzər” TV-də yayımlanan “5/5” proqramının ötəngünkü buraxılışına qatılmaqdan imtina edib.

Bu barədə verilişin aparıcısı Zaur Kamal məlumat verib.

O, proqramda qonaq olan prodüser Anar Mədətov və müğənni Ümmana “Sizin adınızı eşidəndən sonra verilişə gəlmədi” deyə, bildirib.

Müğənninin prodüseri Pənah Eldar isə verilişə qatılmaqdan son anda imtina etdiklərini deyib. O bildirib ki, proqrama çağırılarkən başqa adlar sadalansa da, verilişin anonslarında fərqli şəxsləri görüblər. "Kanal rəhbərliyinə hörmətimiz var. Amma bunu özümüzə hörmətsizlik, qərəz hesab etdik" deyə, o, sözlərinə əlavə edib