Çəngəlin sirri: Niyə məhz 4 diş?
06 May 2026, 23:16
Qaynar xətt:
(+99450) 247 90 86
MARAQLI
3502
22.04.2020, 19:27
Almaniyanın Robert Kox İnstitutu tibb işçilərini koronavirusa potensial yoluxmadan qorumaq üçün ölənləri yarmağı tövsiyə etməsə də, Hamburq və Bazel araşdırmaçıları bu istiqamətdə tədqiqat aparıblar.
“Report” xəbər verir ki, araşdırmanın nəticələri Almaniyanın “Süddeutsche Zeutung” nəşrində dərc edilib.
Məlumata görə, Bazel Universitetinin xəstəxanasında araşdırma məqsədilə COVID-19 qurbanı olan 20 nəfərin meyiti yarılıb.
“Müayinə edilənlərin hamısında hipertoniya (yuxarı təzyiq problemi – red.) aşkarlanıb. Bundan başqa, pasiyentlərin çoxunda mühüm dərəcədə ifadə olunmuş piylənmə qeydə alınıb, yəni onlar artıq çəkidən əziyyət çəkirdilər”, - Patoloqoanatomiya şöbəsinin müdiri, professor Aleksandr Sankov bildirib.
Onun sözlərinə görə, ölənlərin arasında kişilər üstünlük təşkil edib. Qurbanların 2/3-də daha öncə koronar damarlarda zədələr olub, 1/3-i isə diabetdən əziyyət çəkirmiş.
Araşdırmaçılar cəsədlərin həmçinin ağciyər toxumasını da incələyiblər.
Həmçinin oxuyun
“Pasiyentlərdə ağciyərlərin iltihabı daha az qeydə alınıb. Mikroskop altında ağciyərlərdə mikrosirkulyasiyanın ağır pozuntusunu aşkarladıq”, - professor vurğulayıb.
Onun sözlərinə görə, bu, oksigen mübadiləsinin olmamasına işarə edir. Nəşrin yazdığına görə, bu, o deməkdir ki, pasiyentə istənilən qədər oksigen verilsə də, o, bədəndə dövriyyə etməyəcək.
“Süddeutsche Zeutung”ın məlumatına görə, Robert Kox İnstitutu koronavirusdan ölənlərin yarılmaması barədə verdiyi tövsiyəni artıq ləğv edib.
Pasiyentlərin virusdan və ya onu müşayiət edən xəstəlikdən ölməsi sualına cavab vermək cəhdi isə yalnız hamburqlu tibbi ekspert Klaus Püşelin hesabatında var. Belə ki, ölən 65 nəfərin 61-də ölümə səbəb COVID-19 olub. Qalan 4 nəfərdə isə koronavirus ölümün səbəbi olmayıb.
Nəşrin yazdığına görə, professor A.Sankov bu fərqləndirməni “akademik” adlandırır.
“Əgər xərçəng səbəbindən mənim yarımil ömrüm qalıbsa və məni maşın vurub öldürürsə, bu, sürücünün günahını azaltmır. Əlbəttə, ölmüş pasiyentlərin, onsuz da, müşayiət edən xəstəliklərdən dolayı, ömür uzunluğu sağlam insanınkından daha qısa idi. Ancaq COVID-19 olmadan onlar, böyük ehtimalla, daha çox yaşayacaqdılar”, - A.Sankov açıqlayıb.
01:34 / 07 May 2026
46
00:58 / 07 May 2026
61
00:01 / 07 May 2026
75
23:48 / 06 May 2026
230
23:45 / 06 May 2026
71
23:41 / 06 May 2026
61
23:34 / 06 May 2026
55
23:30 / 06 May 2026
3114
23:29 / 06 May 2026
373
23:29 / 06 May 2026
91
23:27 / 06 May 2026
201
23:20 / 06 May 2026
113
23:16 / 06 May 2026
67
23:08 / 06 May 2026
71
23:02 / 06 May 2026
73
23:00 / 06 May 2026
187
23:00 / 06 May 2026
128
22:46 / 06 May 2026
298
22:45 / 06 May 2026
65
22:24 / 06 May 2026
181
22:23 / 06 May 2026
171
22:12 / 06 May 2026
76
21:59 / 06 May 2026
260
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.