"Onu bağışlamaq olarmı?" filmindəki Tərlan əslində KİMDİR?
18 Noyabr 2026, 23:10
Qaynar xətt:
(+99450) 247 90 86
MARAQLI
1138
17.04.2020, 20:56
"Azərbaycanda genetikası dəyişdirilmiş meyvə-tərtəvəzlər yoxdur. Ölkəmizdə yetişdirilmir və gətirilməsi də qadağandır. Belə bir şeyə ehtiyac da yoxdur, çünki bizim iqlimimiz məhsulların normal şəkildə yetişdirilməsinə imkan verir".
Bunu Redaktor.az-a açıqlamasında qida mühəndisi İsa Əliyev deyib. O bildirib ki, meyvələrə vurulan kimyəvi maddələr insanlarda hormon dəyişikliyinə səbəb ola bilər. Hormon dəyişikliyi isə çox vaxt cinsi oryentasiyanın dəyişməsinə gətirib çıxarır.
"Məhsulları bir az daha tez yetişdirmək və bazara çatdırmaq üçün çox vaxt hormonlardan və hibrid toxumlardan istifadə olunur. Hormonlardan Azərbaycan standartlarının verdiyi ölçüdə istifadə eləmək problem deyil. Təəssüf ki, çox vaxt hormonlardan geniş istifadə olunur. Belə məhsullar insan orqanizmi və sağlamlığı üçün ciddi təhdiddir. Çünki hormonal dəyişikliklərə səbəb ola bilir".

Qida mütəxəssisi bu məsələdə insanları diqqətli olmağa çağırıb:
"Bəzən marketdən aldığınız almaların üzünü qazıdığımız zaman ağ rəngdə bir maddə görə bilərik. Bu ağ rəngli maddə kimyəvi dərmandır. Bir çox hallarda bu kimyəvi dərmanlar meyvələri qurdlardan və ya xarici mikroorqanizmlərdən, bakteriyalardan qoruyur ki, onlar heç bir şəkildə çürüməsin. Bundan əvvəlki dövrlərdə almanı kəsdikdən sonra qaralardı. İndiki almalarda isə qaralmalar çox gec olur. Səbəbi onlarda olan dəmir əskikliyidir. Tətbiq olunan kimyəvi dərmanlar almanın tez yetişməsinə, tez böyüməsinə gətirib çıxarır. Alma özü yetişmiş olsa da, mineral və vitaminlər cəhətdən çox zəif olur".


18:07 / 19 Noyabr 2026
1
17:58 / 19 Noyabr 2026
44
17:50 / 19 Noyabr 2026
53
17:47 / 19 Noyabr 2026
142
17:45 / 19 Noyabr 2026
58
17:41 / 19 Noyabr 2026
57
17:34 / 19 Noyabr 2026
71
17:30 / 19 Noyabr 2026
79
17:20 / 19 Noyabr 2026
72
17:15 / 19 Noyabr 2026
75
17:01 / 19 Noyabr 2026
157
16:51 / 19 Noyabr 2026
306
16:50 / 19 Noyabr 2026
122
16:48 / 19 Noyabr 2026
94
16:35 / 19 Noyabr 2026
111
16:29 / 19 Noyabr 2026
103
16:24 / 19 Noyabr 2026
108
16:18 / 19 Noyabr 2026
129
16:15 / 19 Noyabr 2026
382
16:12 / 19 Noyabr 2026
102
16:10 / 19 Noyabr 2026
126
16:08 / 19 Noyabr 2026
107
16:02 / 19 Noyabr 2026
124
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.