Qaynar xətt:

(+99450) 247 90 86

Hacıqabulda kişinin başına dəmir parçası düşdü, vəziyyəti ağırdır

Hacıqabulda kişinin başına dəmir parçası düşdü, vəziyyəti ağırdır

KRİMİNAL

949

19.03.2020, 23:24

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Hacıqabul rayonunda bədbəxt hadisə baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında Hacıqabul şəhərinin Bakı küçəsində qeydə alınıb.

Belə ki, rayon sakini, 1975-ci il təvəllüdlü Məmmədov Rövşən Oqtay oğlu evə gedən zaman başına dəmir parçası düşüb.

Nəticədə açıq kəllə-beyin travması alan R. Məmmədov Şirvan Şəhər Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.