Xəzər çəkildi, qəbirlər üzə çıxdı — 2040-cı ilə qədər... (FOTO)
31 Yanvar 2026, 18:35
Qaynar xətt:
(+99450) 247 90 86
MARAQLI
892
28.02.2020, 13:26
Çində yayılan yeni tip koronavirusun necə ortaya çıxması və insanlara necə yoluxması ilə bağlı aparılan araşdırmalar sürətlə aparılır.
Publika.az xəbər verir ki, Çin xəstəliyin yayılmasının qarşısını almaq üçün müxtəlif metodlardan istifadə etsə də, epidemiya dünyanın 30-a yaxın ölkəsinə yayılmaqda və can almaqda davam edir.
Ölümcül virusla bağlı ortaya atılan yeni iddia isə şok yaradacaq səviyyədədir. BBC-nin xəbərinə görə, koronavirusun aşkar edildiyi ilk xəstə olan 70 yaşlı yatalaq xəstəsi olan adamın epidemiyanın yayıldığı iddia edilən qanundakənar heyvan məhsulları satışı həyata keçirən Huanan Dəniz Məhsulları bazarı ilə heç bir əlaqəsi yoxdur. Belə ki, o şəxs dəniz məhsulları bazarına heç vaxt getməyib. BBC-nin araşdırmasına görə, xəstəliyin aşkarlandığı ilk 41 nəfərdən 14-ü heç vaxt Huanan bazarında olmayıb. Xəbərdə “sıfır nömrəli xsətə” adlandırılan adamın infarkt keçirdiyi üçün yataq xəstəsi olduğu və 1 dekabrda xəstələndiyi bildirilib. Bu tarix isə koronavirusun ortaya çıxdığı tarixin rəsmi şəkildə açıqlanmasından ən az 1 həftə əvvələ təsadüf edir.

Uhandakı Cinyintan Xəstəxanasının professoru Vu Venyuan xəstənin səhhətinə görə evindən çıxmadığını və epidemiyanın mərkəzi qəbul edilən bazara heç vaxt getmədiyini, bazarla hər hansı əlaqəsi olmadığını deyib.
Həmçinin oxuyun
Aparılan başqa bir araşdırma isə Çinin Yunnan əyalətindəki sirli mağaranın yaxınlığında yaşayan insanların ölümcül virusa qarşı immunitetinin ola biləcəyini önə çəkir. Biznes məqsədli çalışmayan “EcoHealth Alliance” adlı şirkətdə xəstəliklər üzrə eko-araşdırmaçı Peter Daszak və komandası virusu insanlara yaydığı iddia edilən yarasaları araşdırmaq üçün həm Çində, həm də dünyanın müxtəlif bölgələrində olan mağaralara giriblər. Kəşfiyyat 2004-cü ildə 774 nəfərin ölümünə səbəb olan SARS epidemiyasını araşdıran adamlar tərəfindən aparılıb. Mütəxəssislər 2017-ci ildə mağaraya yarasa nəcisi nümunələri toplamaq üçün yenidən qayıdıb və Uhanda yayılan virusla 96% uyğunlaşan virusun özlərinə də keçdiyini aşkarlayıblar. Peter Daszak virusun yarasalardan insanlara yenidən və təkrar-təkrar sıçradığını göstərdiyini açıqlayıb.
Daszak tərəfindən “Nature” dərgisində 2017-ci ildə yayımlanan araşdırmaya görə, yarasalar "zoonotik infeksiyalar" adlandırılan və insanlara yolxuma ehtimalı yüksək olan virusları daşıyır. Lakin eyni araşdırma mağaranın yaxınlığında yaşayan insanların bədənlərində SARS ilə bağlı koronaviruslara qarşı qoruyan xüsusi maddələrə sahib olduğunu ortaya qoyub.

Çindəki bazardan dünyaya yayılan virusla bağlı dəhşətli detallar ÜZƏ ÇIXDI - ŞOK FOTOLAR
Qeyd edək ki, Çinin Hubey əyalətinin Vuhan şəhərindən sürətlə dünyaya yayılan epidemiyaya yoluxanların sayı 77 minə çatıb.
22:32 / 03 Fevral 2026
1
22:29 / 03 Fevral 2026
8
22:19 / 03 Fevral 2026
24
22:09 / 03 Fevral 2026
38
22:07 / 03 Fevral 2026
28
21:46 / 03 Fevral 2026
42
21:20 / 03 Fevral 2026
114
21:19 / 03 Fevral 2026
43
20:59 / 03 Fevral 2026
53
20:48 / 03 Fevral 2026
65
20:46 / 03 Fevral 2026
130
20:37 / 03 Fevral 2026
118
20:37 / 03 Fevral 2026
112
20:30 / 03 Fevral 2026
116
20:28 / 03 Fevral 2026
73
20:14 / 03 Fevral 2026
84
20:13 / 03 Fevral 2026
591
20:08 / 03 Fevral 2026
77
19:59 / 03 Fevral 2026
67
19:50 / 03 Fevral 2026
71
19:38 / 03 Fevral 2026
91
19:30 / 03 Fevral 2026
81
19:24 / 03 Fevral 2026
221
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.